Manşet Xəbərlər — 24 June 2014

“Müsəlman Qardaşlar” hərəkatının lideri ömrünün ahıl vaxtında edamdan qorxmadığını deyib. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirin “Müsəlman Qardaşlar” hərəkatının həbsdəki liderlərindən olan və barəsində edam hökmü çıxarılan Məhəmməd Bədii son proseslərə münasibət bildirib. Barəsində edam hökmü çıxarılmasını qınayan Bədii ədalətsizlikdən Allaha şikayət etdiyini və ömrünün sonunu həbsxanada keçirməkdən və ya edam edilməkdən qorxmadığını deyib. Bədii paytaxt Qahirədəki “Tora” həbsxanasında keçirilən növbəti məhkəmə prosesində Məhəmməd peyğəmbərin ən böyük cihadın zalım rəhbərin qarşısında haqqı söyləmək olduğunu buyurduğunu da xatırladıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.