Azərbaycan Manşet Türkiyə Xəbərlər — 30 September 2014

Regionda ən mühüm enerji layihələrindən biri olan Trans Anadolu qaz kəməri (TANAP) Cənubi Qafqazı Balkan yarımadası ölkələri ilə birləşdirəcək. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend çərşənbə axşamı “TRT Haber” telekanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirəcək enerji dəhlizi yaradırlar.

Baş nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryol magistralı, Bakı-Tbilisi-Ceyhan da Azərbaycan və Türkiyənin heç də az əhəmiyyətə malik olmayan birgə layihələridir.

Davudoğlunun sözlərinə görə, Azərbaycan və Türkiyə birgə enerji layihələrini reallaşdırmaqda davam edəcəklər.

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.