Suriyanın ən güclü  müxalifət qruplaşması “Əhrarüşşam”ın lideri Əbu Cabirin “Taymtürk” (Timeturk) saytına verdiyi müsahibə

Komandirlərinizin şəhid edilməsindən sonra “Əhrarüşşam” islam hərəkatının vəziyyətini necə qiymətləndirirsiniz?

Allaha şükür olsun. Allahın salamı və xeyir-duası Onun peyğəmbərinə olsun.  Qardaşlarımız şəhid olduqdan sonra (Allah onlara rəhmət etsin!) Allah gücümüzə güc qatdı. Səflərimiz daha da sıxlaşdı. Mücahidlər arasında yaxınlıq və bağlılıq daha da gücləndi. Bu, hərəkatımızın təsis edilməsi ərəfəsində qardaşlarımızın üzərində inşa edildiyi əsas dəyərlərin ortaya çıxardığı bir nəticədir. Bu yol və metod əsasında  bir çox kadr yetişdirildi. Yetişdirdiyimiz kadrlar hərəkatımıza həm siyasi, həm hərbi, həm tibbi, həm də humanitar sahədə xidmət göstərdilər.

Suriyada son hərbi vəziyyət necədir? Hərəkatınızı bu mərhələdə necə qiymətləndirirsiniz?

Suriya rejiminə müqaviməti xalq göstərir. Meydanda mübarizə aparan bu gənclər  vətənin övladlarıdır. Hərəkatımız bu mübarizəyə bütün sahələrdə dəstək vermişdir. Hərəkatımız Suriyada 20-ə yaxın cəbhədə mübarizə aparan bir potensiala sahibdir.

İŞİD-ə münasibətinizi  bilmək istərdik. Bu qruplaşmanın Suriya müqavimətinə zərəri haqda nə deyə bilərsiniz?

İŞİD Suriya müqavimət hərəkatına mane olmaq üçün yaradılan bir qruplaşmadır. Bir sözlə, deyə bilərəm ki, bu, xalqın başına gətirilən ən böyük müsibətlərdən biridir.  İŞİD zahirdə İslamı təmsil edən, əslində isə insanların nəzərində İslamı qaralamaq məqsədilə xarici kəşfiyyat dairələrinin  yaratdığı bir qurumdur.  İslam onların dediyi və təmsil etdiyi dəyər deyildir. İslam ədalət prinsipindən çıxış edən, zülmə “yox” deyən,  haqsız yerə qan tökməyi qadağan edən bir dindir. İnsanların mallarını və namuslarını qoruduğu halda, İŞİD insanlar haqda bədgümana düşür, dəlilsiz və əsassız yerə onları kafirlikdə ittiham edərək dönük damğası vurur, mallarını və namuslarını özünə halal bilir. Əgər rejim zalım və qəddar bir sistemi təmsil edirsə,  İŞİD də bu zülmün və tüğyanın fərqli bir versiyasıdır, fəsadın başqa bir formasıdır.

Bizim üçün əsas olan bu zalım rejimə qarşı mübarizə aparmaqdır. İŞİD isə bizim mübarizəmizə mane olur. Belə olduğu təqdirdə biz İŞİD-ə qarşı da mübarizəmizi davam etdirəcəyik.

Son zamanlarda rejimin Hələbi nəzarət altına aldığı haqda məlumatlar səngimək bilmir, kömək üçün bir yol varmı?

Heç şübhəsiz, bu gün Hələbdə vəziyyət ağırdır. Rejim siyasi qazanc əldə etmək üçün bütün gücünü səfərbər edib. “Vadi-Zeyf” bölgəsini Əsəd terroristlərindən təmizlədikdən sonra Hələbin mühasirəyə düşməsinə mane olmaq üçün mücahidlərimizi Hələbdəki qardaşlarımıza dəstək üçün aktiv cəbhələrə göndərdik.  Əgər bu bərabərlik və dəstək ruhu bütün qruplarda olarsa, rejimi tez bir zamanda sarsıda biləcəyik. Allahın köməkliyi ilə rejim Hələbdə böyük məğlubiyyətə uğrayacaq.

 

İŞİD-in hakim bölgələrdən geri çəkilməsindən sonra orada kütləvi məzarlıqların aşkarlanması xəbəri doğrudurmu? Öldürülənlərin kim olduğu haqda nə bilirsiniz?

Bəli, bu xəbər doğrudur. Onların geri çəkilməsindən sonra bir çox televiziya kanalları həmin görüntüləri təqdim etmişdi. Bu cəsədlər haqlarında bədgümana düşülərək, kafir və dönük olduqlarına hökm verilərək öldürülən dinc insanların cəsədləri idi. Onların etdikləri dinimizin qanunlarına zidd bir davranış idi. Bu mənzərələr İŞİD-in rejimin vəhşi üzündən fərqi olmayan vəhşiləşmiş simasını bir daha nümayiş etdirdi. Xalqımız, bir tərəfdən, rejim, bəzən də İŞİD–in simvolik cəhalətinin qılıncı altında qətliama məruz qalmaqdadır.

Suriya məsələsində Türkiyənin mövqeyinin necə dəyərləndirirsiniz?

Türkiyə həm hökumət, həm də xalq olaraq  Suriya üçün çox şey etdi.  Bunları sözlə izah etmək mümkün deyil. Evlərindən didərgin düşmüş xalqımıza göstərdikləri qonaqpərvərlik, Suriyada humanitar yardıma ehtiyacı olanlara verilən dəstək üçün onlara dua etməkdən başqa əlimizdən bir şey gəlmir. Digər dövlətlərlə  müqayisədə Türkiyənin sərf etdiyi böyük cəhdlər göz qabağındadır.  Türkiyə xalqına və hökumətinə  buna görə təşəkkür edirik.

Hərəkatınızın Kobani ilə bağlı düşüncəsi və PYD qarşı mövqeyi nədir?

Kürd qardaşlarımız xalqımızın bir parçasıdır və Suriyada cəmiyyətimizin təməlini təşkil edirlər. Başımıza gələn müsibətlərə və gələcəyimizlə bağlı ümidlərimizə  ortaq olan insanlardırlar. Kürd qardaşlarımız müsəlman cəmiyyətimizin bir parçasıdır.  Onların da müqavimətdə haqları vardır. Onların mədəniyyətinə hörmətimiz vardır. Kürd İslam Cəbhəsinin “Əhrarüşşam”la birləşməsi hərəkatımızın kürd qardaşlarımıza sahib çıxdığının sübutudur.

PKK və PYD məsələsinə gəlincə, İŞİD-də olan təəssübkeşlik və azğınlıq onlarda da mövcuddur. Bu irqçilik Suriyanı tək bədəndən ayırmaq üçündür. Təbii ki, biz buna icazə verməyəcəyik. Biz xalqımızı bütöv olaraq qəbul edirik və bu bütünlük çərçivəsində qorumağa çalışırıq. Heç kimi ayırmadan  hamımızın haqları və vəzifələri vardır.

Bəşşar Əsədin  2015-ci ildə Rusiyaya səfər edəcəyi  və bu səfər koalisiya hökuməti qurma layihəsinin müzakirə ediləcəyi haqda söhbətlər gedir. Bu haqda fikrinizi bilmək maraqlı olardı?

Müqavimətimizin təməllərinə və hədəflərinə zərər verən hər bir layihəni rədd edirik. Biz, müqavimətimizin bədəlini yüz minlərlə şəhidimizin qanı ilə ödədik. Bu fədakarlığa tərs düşən heç bir layihəni qəbul etməyəcəyik. Əsəd beynəlxalq təzyiqlərin vasitəsi ilə müqavimətin istiqamətini dəyişdirmək niyyətində olsa da, biz bunu qəbul etməyəcəyik. Bizə görə siyasi həll bu rejimin bütün ünsürləri ilə ortadan qalxması ilə mümkün olacaq. Bundan başqa bütün həll yollarından imtina etdiyimizi elan edirik.

Qərbin (Əsəd lehinə) mövqeyinin dəyişməsi və Suriyada İslam dövlətinin qurulmasından qorxmasını necə dəyərləndirirsiniz?

Qərb zehniyyəti islamafobiya üzərində qurulub. Bu qorxu ilə ortaya çıxan düşüncə  bu mövqeyin formalaşmasına səbəb olub. Xalqımızın hədəfləri ortadadır. Qərbdən tələb edirik ki, Suriyaya rejimin gözü ilə deyil, öz gözü ilə baxsın.  Rejim Suriyanı terror qruplaşmalarının toplaşdığı bir sahə olaraq göstərir. Bu isə Qərbdə qorxuya və İslamdan nifrətə səbəb olur. Məhz bu amili daha da dərinləşdirmək və qorxu yaratmaq üçün Suriya və İraqda İŞİD layihəsini qurdular. Bu da qərblilərin Suriya müqavimətinə şübhə ilə yanaşmalarına gətirib çıxardı.  Mövcud vəziyyət və həqiqətlər Qərb cəmiyyətinin zülmə  məruz qalan xalqı görməyinə kifayət deyilmi? İŞİD-in törətdiyi qətliamla rejimin etdiyi qətliam arasında fərq yoxdur. Biz bizi təmsil edən bu xalqın bir parçasıyıq. Biz xalqımıza xidmət etmək və onları müdafiə etmək üçün əlimizdən gələni edirik.

Tərcümə etdi: Dilavər Məmmədov

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.