Manşet Türkiyə Xəbərlər — 01 July 2014

İhsanoğlunun əsl adı Əkmələddin Məhəmməd İhsan idi. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin ana müxalifətinin prezidentliyə namizədi Əkmələddin İhsanoğlunun 1971-ci ildə adını, 1978-ci ildə isə soyadını dəyişdiyi məlum olub. Belə ki, prezidentliyə namizədin Əkmələddin Məhəmməd İhsan olan adı və soyadı Əkmələddin Mehmed İhsan kimi dəyişdiyi, 1978-ci ildə isə İhsan soyadına “oğlu” şəkilçisi artıraraq, Əkmələddin Mehmed İhsanoğlu soyadını qəbul etdiyi bildirilib. Xəbərlərdə İhsanoğlunun adını və soyadını akademik karyera qura bilməsi üçün dəyişdirdiyi öz əksini tapıb. Türkiyə mətbuatı İhsanoğlunun adını və soyadını 1974-cü ildə Ankara Universitetində doktorluq işinin uğurla müdafiəsi məqsədilə dəyişdirdiyini yazıb.

 

BELGE1(12)

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.