Manşet Xəbərlər — 13 August 2014

Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Səud əl-Feysəl İsraili Fələstində törətdiyi qətliama görə kəskin tənqid edib. “Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər nazirlərinin toplantısında çıxış edən edən səudiyyəli nazir Fələstinin HƏMAS hərəkatı ilə İsraili müqayisə etmənin doğru olmadığını vurğulayıb. “HƏMAS-ın fəaliyyətini İsrailin hərəkətləri ilə müqayisə etmək olmaz. Ümumiyyətlə HƏMAS və İsrailin hərəkətlərinin oxşar olduğunu necə iddia etmək mümkündür? HƏMAS döyüşçüləri raket atdıqda terrorçu adlandırılırlar, ancaq İsrail yüzlərlə, hətta minlərlə fələstinlini bircə israilli əsgərə görə öldürə biləcəyinə mənəvi haqqı çatdığını düşünür. Məgər ədalət budurmu?” – deyə nazir bildirib. Səudiyyə Ərəbistanı XİN rəhbəri qeyd edib ki, İsrail qeyri-qanuni şəkildə daha çox əraziyə yiyələnmək üçün Fələstin torpaqlarını işğal edir və dağıdır: “İsrailin bir işğalçı kimi özünü müdafiə etməyə haqqı yoxdur. Elə bir istər beynəlxalq qanun yoxdur ki, işğalçının özünü müdafiə hüququnu tanısın”. Səud əl-Feysəl habelə müsəlman dünyasını İsrailin törətdiyi əməllərə vahid mövqe nümayiş etdirmədiyi və tutarlı cavab vermədiyi üçün tənqid edib. Nazir bildirib ki, islam ölkələri beynəlxalq arenada İsrailə qarşı vahid mövqedən çıxış etsəydi, Təl-Əvivə öz hərbi aqressiyasını həyata keçirmək çox çətin başa gələrdi. Nazir çıxışının sonunda İsrailin mövcudluğunun yalnız fələstinlilərlə sülh şəraitində yaşamaqdan keçdiyini bildirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.