Manşet Xəbərlər — 30 June 2014

İraq Şam İslam Dövləti hərəkatının rəhbəri xilafətin yaradıldığını elan edib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İraqda fəaliyyət göstərən İraq Şam İslam Dövləti (İŞİD) hərəkatının rəhbəri Şeyx Əbubəkir əl-Bağdadi xilafətin yaradıldığını bəyan edib. İŞİD sözçüsü Şeyx Adnaninin açıqlamasında islam ümmətinin uzun müddətdən sonra yenidən xilafət dövlətinə qovuşduğunu açıqlayıb. İŞİD-ə məxsus bütün informasiya mənbələri xilafət yaradıldığına dair xəbəri “Son dəqiqə” başlığı ilə veriblər. İŞİD-ə yaxın mənbələrin məlumatında əl-Bağdadinin videomüraciətlə bütün dünya müsəlmanlarına xilafətə hicrət etmələrinə dair müraciət ünvanlayacağı bildirilib. İŞİD sözçüsünün yazılı açıqlasında Əbu Bəkir əl-Bağdadinin nəsəbi də qeyd olunaraq, hərəkat rəhbərinin Həzrəti Məhəmmədin soyundan gəldiyi iddia olunub. Peyğəmbər Soyunu Təsdiqləmə Fondu 2009-cu ilə təsadüf edən açıqlamasında Əbu Bəkir əl-Bağdadinin soyunun Məhəmməd əl-Cavad və ya İbn İdris soyuna gedib çıxmadığını, dolayısı ilə İŞİD liderinin peyğəmbərin soyundan gəlmədiyini bəyan etmiş, hərəkat rəhbərliyi isə fondun açıqlamasına etiraz etmişdi.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.