Manşet Xəbərlər — 08 August 2014

İsrail ABŞ-dan Türkiyə liderini susdurmasını istəyib.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Xarici İşlər naziri Aviqdor Liberman ABŞ-ın Dövlət katibi Con Kerri ilə telefon danışığında ölkəsinin Türkiyə ilə gərginliyi artırmaq istəmədiyini bildirib. İsrail XİN-in yazılı açıqlamasında Libermanın Kerriyə zəng edərək, BMT-nin ötən gün keçirilən toplantısında ölkəsi əleyhinə qəbul ediləcək qətnamənin qəbuluna mane olduğu üçün ABŞ-a təşəkkür etdiyi vurğulanıb. Habelə açıqlamada Libermanın Kerri ilə telefon görüşündə Türkiyə ilə münasibətlər məsələsinə toxunaraq, İsrailin rəsmi Ankara ilə gərginliyin artmasını istəmədiyi və sözügedən ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sərt bəyənatlarına cavab vermədiyi qeyd olunub. Liberman bu həftə sonu Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra Ərdoğanın İsrailə qarşı bəyənatlarına son qoyacağına ümid etdiyini bildirərək, əks təqdirdə rəsmi Təl-Əvivin qarşı tərəfin bəyənatlarına cavab verəcəyini deyib. Xatırladaq ki, İsrail və Türkiyə arasında “Mavi Mərmərə” hadisəsindən sonra kəsilən münasibətlər ABŞ prezidenti Barak Obamanın ötən İsraili ziyarəti əsnasında bu ölkənin Baş naziri Benyamin Netanyahunun Türkiyə Baş naziri Ərdoğana zəng edərək, üzr istəməsi və münasibətlərin normallaşması istiqamətində başladılan danışıqlar rəsmi Təl-Əvivin Ankaranın Fələstinin Qəzza zolağına qarşı tətbiq etdiyi embarqonu ləğv etməsi tələbinə etiraz etməsindən dolayı yenidən dalana dirənmişdi.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.