Manşet Türkiyə Xəbərlər — 20 September 2014

Türkiyənin Baş naziri Əhməd Davudoğlu İraq və Şam İslam Dövləti hərəkatının (İŞİD) girovluğundakı 49 Türkiyə vətəndaşının sərbəst buraxıldığını bildirib.

“Azerimuslims.com” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Baş nazir Davudoğlu girovluqdan azad edilən vətəndaşların səhər erkəndən Türkiyəyə gətirildiyini deyib.

“Ötən gecədən başlayaraq, səhərədək aparılan danışıqlar nəticəsində girov götürülən vətəndaşlarımız ölkəmizə gətirildi. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandırmışıq. Bu sevincli hadisə hamımızı gözəl bir səhərə hazırladı”, – deyə Davudoğlu bildirib.

Baş nazir Bakı şəhərində qaldığı mehmanxanada yerli vaxtla 08.10-a təsadüf edən açıqlamasına: “Əziz millətim, dəyərli vətəndaşlarım, uzun müddətdir ki, hamılıqla gözlədiyimiz sevincli xəbəri sizinlə paylaşmaq üçün səhər erkəndən hüzurunuzdayam”, – deyərək başlayıb.

Qeyd edək ki, Davudoğlu sərbəst buraxılan 49 türk vətəndaşla ölkəsinin Şanlıurfa şəhərində görüşəcək.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.