Xəbərlər — 29 May 2014

“Müsəlman Qardaşlar” xalqın prezident seçkilərində fəal iştirak etməməsini diktatura rejiminə zərbə kimi xarakterizə edir.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə iki gündə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri əhalinin səsvermə prosesində fəal olmamasından dolayı daha 1 gün uzadılıb. Xəbərlərdə ilkin hesablamalara görə, feldmarşal Əbdülfəttah əs-Sisinin səslərin 93%-ni toplaya bilməsinə baxmayaraq, əhalinin seçkilərdə qeyri-aktiv iştirakından dolayı legitimlik problemi ilə üzləşdiyi bildirilib. Habelə xəbərlərdə “Müsəlman Qardaşlar” hərəkatının qeyri-qanuni elan etdiyi prezident seçkilərini boykot etmək istiqamətindəki çağırışlarının xalqın seçkilərə az maraq göstərməsində həlledici amil olduğu öz əksini tapıb. Bu arada Türkiyə mətbuatı artıq hərbi xuntanın seçici fəallığının artırılması üçün müvafiq iş apardığını yazıb. Belə ki, hərbi xunta səs verməyən vətəndaşların 150 ABŞ dolları məbləğində cərimələnəcəyini elan edib. Ölkənin “Müsəlman Qardaşlar” hərəkatı isə Misir vətəndaşlarının seçkilərdə fəal olmamasını hərbi xuntaya zərbə kimi xarakterizə edib.

Share

About Author

(0) Readers Comments

Comments are closed.