Kim - kimdir? Manşet — 26 January 2015

Səudiyyə Ərəbistanı Krallığını 6-cı  kralı

Kral  Əbdüləzizin oğlan uşaqlarının on ikincisidir. 18 milyard dollar şəxsi sərvətə malik idi. 2011-ci ildə dünyada təsir gücünə malik ən güclü şəxsiyyət kimi tarixə düşmüşdür. 

O, 1924-cü ildə Ər-Riyad şəhərində  anadan olmuşdur. Atası  Əbdüləzizin himayəsində yetişən Abdullah  ilk təhsilini atasından almış, siyasət və idarəçiliklə bağlı təcrübələrindən istifadə etmişdir. Bununla yanaşı, dövrünün alimlərindən də dərs almışdır. Elm və mədəniyyətlə bağlı bir çox  jurnal və kitabların mütaliəsi ilə məşğul olurdu.

Hakimiyyətə gəlişi

Abdullah 2005-ci ildə Kral Fəhddən sonra ölkənin yeni kralı olmuşdur.

Tutduğu vəzifələr

Ali İqtisadi Şuranın sədri

Neft və Mədən İşlər üzrə Komitənin sədri

Əlillər üçün yaradılmış Ali Şuranın sədri

Ər-Riyad Atçılıq Klubunun prezidenti

“Kral Əbdüləziz, Onun İstedadlı Dostları və İstedad Yaradıcılığı” təşkilatının sədri və s.

Hakimiyyəti dövründə baş vermiş ən mühüm hadisələr

2005-ci ildə Səudiyyə Ərəbistanının Beynəlxalq Ticarət Təşkilatına üzvlüyü təsdiqlənir.

Yerli tələbələrin təhsil alması  üçün xarici ölkələrə göndərilməsi  üçün imkanlar yaradılır və məvacibləri 50% artırılır.

Mədinə,Nəcran, Arur, Cuf, Qəsim və başqa böyük şəhərlərdə bir çox universitetlər açılır.

Onun dövründə Həmas və Fəth təşkilatlarının sədrləri Məkkədə təşkil edilən konfransa dəvət edilir və vahid Fələstin dövlətinin yaradılması və mövcud problemlərin həlli üçün addımlar atılır.

Somalidə müharibə aparan qüvvələr arasında sülhün yaradılması ilə bağlı razılığın əldə edilir.

İlk dəfə qadınların Şura məclisinə, öz namizədliklərini irəli sürmə və bələdiyyə seçkilərində iştirakına icazə verilir.

Rəsmi istirahət günləri onun vaxtında cümə və bazar günlərinə keçirilir və s.

Təltif edildiyi ordenlər

“Kral Əbdüləziz” ordeni

“Kral Feysəl” ordeni

Birinci Dərəcəli Şərəf ordeni (Avstriya)

“General San Martin” Ordeni (Argentina)

“Kruz” ordeni (Braziliya)

“Dostluq” ordeni (Qazaxıstan)

“Təbəssüm” ordeni (Polşa)

“Ağ Qartal” ordeni

“Kraliça Viktoriya” boyunbağı

“Türkiyə Respublikası” Dövlət ordeni və s.

Tərcümə etdi: Dilavər Məmmədov

/azerimuslims/

 

 

 

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.