Manşet Xəbərlər — 23 September 2014

 

ABŞ qırıcıları İraq və Şam İslam Dövləti (İŞİD) hərəkatının Suriyadakı mövqelərinə havadan raket zərbələri endirib.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi tərəfdaş ölkələrin hərbi qüvvələrinin də iştirakı ilə İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirildiyinə dair yayılan xəbərləri təsdiq edib.

Hərbi əməliyyatların davam etdiyindən dolayı daha ətraflı açıqlama verməyəcəyini deyən Kirbi İŞİD mövqelərinə havadan zərbələrin endirilməsi barədə qərarın ABŞ Mərkəzi Qüvvələr Komandanlığının rəhbərliyi tərəfindən qəbul olunduğunu vurğulayıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.