Manşet Xəbərlər — 24 September 2014

Birləşmiş Ştatlar Suriyada İraq və Şam İslam Dövləti (İŞİD) hərəkatına deyil, Əsəd diktaturasına qarşı ən güclü mübarizə aparan təşkilata zərbə endirib.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ İŞİD-in Suriyadakı mövqelərinə Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərin dəstəyi ilə zərbələr endirib.

Xarici KİV Rəqqa şəhərindəki İŞİD qərargahlarının bombardman edilməsi ilə başlayan əməliyyatlarda ən çox zərərin İŞİD-ə deyil, Əsəd rejiminə qarşı ən effektiv mübarizə aparan “Nüsrət Cəbhəsi” hərəkatına dəydiyini yazıb.

Dinc vətəndaşların da məskunlaşdığı ərazilərin hədəf alındığı əməliyyatlarda “Nüsrət Cəbhəsi” ən çox zərbə alan silahlı qruplaşma olub. Ötən gecə boyu davam edən əməliyyatlar nəticəsində hərəkatın 6 mərkəzi dağıdılıb, 35-dən çox üzvü öldürülüb.

Siyasi müşahidəçilər ABŞ-ın İŞİD-lə yanaşı, “Nüsrət Cəbhəsi”, “Ceyş əl-Mücahidin”, “Əhrar əş-Şam” və digər müqavimət hərəkatlarına zərbə endirməsini rəsmi Vaşinqtonun Suriyada bütün müsəlman qruplara qarşı savaşacağına mesaj kimi şərh ediblər.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.