Manşet Xəbərlər — 07 September 2015

Beynəlxalq aləmdə yüksək elmi nüfuzu ilə tanınan”Nature” jurnalı bildirilir ki, Yer üzündə təxminən 3 trilyon ağac var və hər il onların 15 milyardı kəsilir.

Jurnal onu da vurğulayır ki, alimlər ilk dəfə olaraq, meşələrin sıxlığına dair dünya xəritəsini hazırlayıblar. Məhz, Planetdə 3,04 trilyon ağacın mövcudluğu bu xəritəyə görə təxmin edilir.

Qeyd edək ki, bu xəritəyə qədər dünyada ağacların sayı sputnik vasitəsi ilə çəkilən şəkillərə görə 400 milyard civarında qiymətləndirilirdi.
Yeni tədqiqatın müəllifləri qeyd edirlər ki, dünyada olan ağacların 1,39 trilyonu tropik və subtropik meşələrdə, 0,74 trilyonu soyuq, 0,61 trilyonu isə mülayim iqlim qurşağında bitir.

Xatırladaq ki, bəşər sivilizasiyasının mövcud olduğu 11,7 min ildən- yəni pleystosen dövründən bəri meşə sahələri 45% azalıb.

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.