İslami Məqalələr — 31 May 2014

Qəlbin tərbiyəsi. Sanki bir-birilə bəhsə girmiş kimi günlər saatlar ötüb keçir. Ağrıdıcı odur ki, bu günlər və saatlar bir-birinə bənzəyir. İnsan həyatının tələblərini güdməklə daha da qəflətə dalır.Ömrünün uzun bir hissəsini itirdikdən sonra bu qəflətdən ayılır.Ayılarkən ağır bir peşmanlıq hissinə bürünür. Düşünür və arzulayır….

Kaş kimsə məni oyadardı, mənə nəsihət verərdi. Doğrusu bu hər bir kəsin üzləşdiyi hadisədir. Heç kəs qəflətdən və davamlı olan həyatın təsirindən qaça bilmir.

Bu zaman insan doğruya yönəlir. Allaha yönəlmiş qəlbin dərinliklərinə qədər xüşu irəliləyir. Özünü hesaba çəkərək Allaha verdiyi vədi yeniləşdirməyə sidq ürəklə rəbbinə dönür. Gözləri imanın yaşlarına qərq olur. Hətta bu göz yaşları, Allah təalənin susuzluqdan parça-parça olmuş yerə yağışı yağdırır, sonra yeri dirildərək ona yeni həyat verən yağış damlalarına bənzəyir.

Allah təalə o kəslər haqda buyurur : “Onlar üzüstə səcdəyə qapanıb ağlayar, bu onların (Allaha) itaətini daha da artırar.” Əbu Ümamə (r) Rəsulullahdan (s) rəvayət edir: “Allaha iki damla və iki izdən sevimli bir şey yoxdur. (Bu damlalar) Allah qorxusundan axan göz yaşı və Allah yolunda axan qan damlası. İki iz isə biri Allah yolundakı qazanılan iz digəri isə Allah təalənin fərzlərindən (yerinə yetirərkən) qalan iz.” (Tirmizi)

Əbu Hüreyrə (r) Rəsulullahdan (s) rəvayət edir: ” Allah qorxusundan ağlayan kəsə süd döşə qayıtmayınca cəhənnəm atəşi toxunmaz. Nə də, Allah yolunda olan tozla (toza bulaşmış kəs) cəhənnəm tüstüsü qarışmaz.” (Tirmizi)

Əbu Hüreyrə (r) Rəsulullahdan (s) rəvayət edir: ” (Qiyamət günü) Onun (Allahın) kölgəsindən başqa heç bir kölgənin olmadığı gün Allah yeddi kimsəni öz kölgəsində kölgələndirər ” Onlardan biri də sadəcə Allahı anaraq gözləri yaşaran kimsədir. (Müttəfəqun aleyh)

Salehlərin həyatından.
Əl-Ərbad bin Sariyə demişdir: ” Rəsulullah (s) bizə elə bil vəaz etdi ki, gözlərdən yaşlar axdı və qəlblər hüznlə doldu….” (Əhməh, Tirmizi)

Dəhhak bin Müzahim axşam olurkən ağlayardı. Soruşardılar: ” Niyə ağlayırsan?” deyərdi: ” Bilmirəm bu gün əməlimdən nə Allaha qalxdı.”

Sabit Əl-Bənani demişdir: “Cənazənin arxasınca gedərdik, ağlayan və kədərlənən üzdən başqa heç nə görməzdik.”

Kəab Əl-Əhbar deyir: ” Allah qorxusundan ağlayaraq yanaqlarıma göz yaşlarımın axması mənin üçün öz çəkim ağırlığında qızıl sədəqə verməkdən daha sevimlidir.”
Qatədə söyləyir: ” Əgər Alə bin Ziyad insanlara vəaz edərkən Quran oxuyardısa ağlayardı. Əgər nəsihət edərdisə hönkür-hönkür ağlayardı.”

Əl-Zəhəbi isə belə deyir: ” İbni Münzir ağlayanda göz yaşlarını üzünə, saqqahna yayardı və deyərdi: “Eşitmişəm ki, göz yaşları toxunan yerlərə cəhənnəm atəşi toxunmayacaq.”

Yəhya bin Bəkr söyləyir: “Əl Həsən bin Salehdən meyitin yuyulması haqda soruşdum. Göz yaşlarından onu vəsf edə bilmədi.”

Muhəmməd bin Əl-Mübarək deyir: “Səid bin Abdul- Əziz əgər camaat namazını keçirtsəydi ağlayardı.”

Müaviyə bin Qürrə deyir: “Kim mənə gecələri ağlayan, gündüzləri gülümsəyən insanı göstərər?”

Bəkr bin Abdullah əl-Müznə deyir: “Ey Adəm oğlu kim sənin kimi ola bilər?

İstədiyində mehrabına girib Rəbbinlə gizlicə danışırsan və səninlə Onun arasında heç bir pərdə, tərcüməçi olmur. Möminin ətri onun duzlu olan göz yaşlarıdır.

Haradadır o göz yaşlarıyla ətirlənən?

Göz yaşlarına səbəblər.

Duanın müstəcəb vaxtlarında saleh olan təkliyə çəkilmək:
Bu əməl salehlərin, abidlərin və buna ehtiyacı olanların dostudur. Mən burada təkliyə məhz saleh olmasını vurğuladım. Çünki bu əməl Allah üçün və Ona ibadət etmək üçün olur. Allah təalə buyurur: “Rəbbini zikr et (hər şeyi buraxıb) Ona yönəl.” Bu cür təklikdə insan özü və Rəbbi ilə olan irtibatı haqda təfəkkür edir,
Həmçinin özünü hesaba çəkir və keçmişinə dönür. Qəlbi ilə açıq danışır və günahlarını, xətalarını etiraf edir. Bu an istər-istəməz Allah qorxusundan göz yaşlarına qərq olur və Ondan bağışlanma diləyir.

Sakitcə təfəkkür edərək moizələrə və nəsihətlərə qulaq asmaq:
Neçə-neçə gözəl sözlər insanın həyatını doğruya yönəldib. Alimlər nəsihət olunan vaxt qəflətə dalmaqdan və bu məsləhətlərdən təsirlənməməkdən diqqətli, ayıq-sayıq olmağa çağırmışlar. İbrahim bin Ədhəm söyləmişdir: “Qəlbin qaranlıq olmasının üç əlaməti var, onlardan da biri moizələrdən sarsılmamaq, təsirlənməməkdir.”
Əl-Həsən isə deyərdi: “Vallahi bu Qurana iman edən kimsə kədərlənər, rəngi qaçar, əriyər və yorular.” Bədən üzvləri ilə danışmaq və onları hesaba çəkmək:
Əhməd bin İbrahim demişdir: “Yunus bin Übeyd ölüm anında ayaqlarına baxaraq ağlayıb dedi: “Ayaqlarım (bir dəfə də olsun) Allah yolunda tozlanmamışdır.”

Bu, salehlərin üzüntüləri və həsrətləridir. Nə vaxtsa etmədiklərinin həsrətini çəkir və kədərlənirlər. İnsan xatırlayır ki, bir vaxtlar hansısa xeyirdə iştirak etməyib, və ona üzülür. Bir vaxtlar Allahı xatırlamadan keçirdiyi vaxta təəssüflənir. Beləcə o, öz bədən üzvləri ilə danışaraq, keçənləri xatırlayır və deyir: “Neçə-neçə günahlarda iştirak etmisən, nə qədər xeyir əməllərdə müqəssir olmusan, neçə-neçə tövbələri rədd etmisən, neçə-neçə Allahdan bağışlanma diləməyi qaçırmısan! Sonra Allah təalənin kəlamını xatırlayır: “Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqlan, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. *Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər, (Dəriləri də) belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!”

Share

About Author

(0) Readers Comments

Comments are closed.