İslami Məqalələr — 21 May 2014

Hər dəfə Ramazan ayı gələndə orucun fəzilətləri, savabı barədə kitabçalar dağıdılmaqda, müxtəlif məclislərdə söhbətlər aparılmaqdadır.

Əlbəttə bunlar çox gözəldir.Əlinizdəki bu kiçik risaləni də bəlkə bu qəbildən bir yazı olaraq dəyərləndirəcəksiniz. Lakin oxuduqdaşahidi olacağınız kimi, biz bu Ramazan öncəsi müraciətimizdə orucluğa bir az daha fərqli yöndən təmasedəcəyik. Buna görə yazımızın başlığı sizi təəccübləndirməsin…

Rəsululah (s) bir hədlisi-şərifində “Kim ki, iman və ihtisab ilə Ramazan orucunu tutarsa, onun keçmiş günahları əfv olunur” buyurmuşdur. Hədisdə keçən ihtisab kəlməsi bir işi Allah üçün görmək, Allahı hesaba alaraq yerinə yetirmək mənasındadır. Yəni belə bir ruhani halda tutulan oruc Allahın istədiyi orucdur ki, onunla insanın keçmiş günahları silinər, mənəviyyatı рак olar, saflaşar. Mərhum İmam Qəzali də oruc tutanları üç qismə bölməkdədir: а) ümumun orucu, yəni gün doğandan gün batana qədər sadəcə yeməyən, içməyən və cinsi əlaqədə olmayanların orucu; b) xüsusun (xas, seçkin insanlarm) orucu ki, onlar fərz olan yemək-içməyi dayandırmaqdan əlavə dil, göz və digər orqanlarmı da günahlardan qoruyaraq oruc tutarlar. Məsələn, qeybət etməz, harama baxmazlar və s.; с) xüsusul-xüsusun orucu -bunlar о insanlardır ki, onların qəlbləri də oruc tutar. Yəni Ramazan ayında nəinki müəyyən saatlarda yemək-içməkdən mədələrini qoruyar, nəinki dilinə və digər bədən üzvlərinə nəzarət edər, eyni zamanda qəlbini də Allahın sevmədiyi düşüncə və hisslərdən mühafizə edər. Əlbəttə bu üçüncü qismdən olanlar kimi oruc tutmaq müxtəlif obyektiv və subyektiv səbəblərə görə bəlkə də bizlərə az qala mümkünsüzdür. Elə müəllifin özü də bu orucun nəbilər və siddiqlərə aid olduğunu bildirməkdədir. Ancaq ikinci dəstədən olmaq, yəni mədəmizin tutduğu orucu bədən üzvlərimizin də izləməsinə nail olmaq inşallah ki, gücümüz daxilindədir. Belə bir oruc da Rəsulullahdan (s) tərif etdiyi ihtisab şüuru ilə tutulan orucdur və hər bir həqiqi oruc tutanın məqsədi Ես səviyyəyə nail olmaqdır. Bu gün bizim də müraciətimiz bu niyyətdə olan qardaş-bacılarımızadır.
Əslində Ramazan ayında oruc tutmaq bir cəhətdən səfərə çıxmağa bənzəyir. YoI əhlinin ancaq səfərə çıxdığı gün səfərə hazırlaşması gecikməyə və səfərdə bəzi məşəqqətlərə səbəb olduğu kimi, hazırlıqsız Ramazan orucu da o ayın bərəkətindən yetərincə faydalanmağa, о ruhi təlatümü yaşamağa əngəl olmaqdadır. Deməli, səfərə nə qədər tez hazırlaşılsa bir о qədər məqsəd və hədəfə tez çatılar. Oruc tutmaqdan məqsəd ас qalmaq olmadığı kimi, orucluğa hazırlıq da təkcə sahur (obaşdan) və iftarlara maddiyyat tədarükü görmək deyil. Ramazana yaxın günlərdə ibadət və itaəti gücləndirmək, öz daxilində və ətrafda yeni bir mənəviyyat dövrünə qədəm basmanın abı-havasını formalaşdırmaq gərəkdir. Və bir də Ramazanın hədəfləri üzərində düşünmək, təfəkkür etmək…
Oruc tutmaq məqsəd deyil, vasitədir. Əsl məqsəd Аllаһ rizasını qazanmaqdır. Bir az da dəqiq desək, Allahın razı qatdığı bir qul, sadiq bəndə tərbiyə etməkdir. Ramazan orucu öz aclığı və susuzluğu ilə nəfsi təzkiyə və tərbiyə üçün bir vasitədir.
Ramazan möminlər üçün əlləri, dilləri, qəlbləri və digər əzalar ilə bir il və уа illər boyu yığdıqları günah kirlərini təmizləmək üçün bir fürsətdir. AIIah-Təala bu fürsəti bizə bir daha lütf edəcəyinə heç kim zəmanət verə bilməz. Ona görə qarşıdan gələn Ramazanı bəlkə də son Ramazanımız kimi qarşılamalı, ibadət və davranışlarımızı bu şüurla yerinə yetirməliyik.
Ramazan ayı bizə təkcə şəxsi yöndən təsir etməməlidir. Bir cəmiyyət kimi də bu mübarək ау bizləri dəyişməli, bir toplum olaraq bizə yeni ruh verməlidir. Çünki İslam öz təbiəti etibar ilə camaat dinidir. Cəmiyyətin islahı İslamın ilahi qayələrindən biridir. İbadətlərin camaatla yerinə yetirilməsinin daha fəzilətli olmasının bir səbəbi də elə budur. İslami həyat tərzindən bir millət kimi uzaqlaşmağımız bizdə bir çox
sosial xəstəliklərin peyda olmasına gətirib çıxarmışdır. Tapşırılan işə ciddiyyətsiz yanaşmaq, vaxtı boş işlərə sərf etmək, qeybət, rüşvətxorluq və digər mənfiliklər bizlərdə fərdi keyfiyyət olmaqdan çıxaraq ictimai bəlaya çevrilmiş, bəlkə də bir mentatitet halına gəlmişdir. Bu kimi ümumi bəlaların qarşısını almaq, əqidəli insanlar tərbiyə etmək üçün fərdi olduğu qədər də sosial ibadət olan Ramazan ayı ilahi bir fürsətdir.
Bildiyimiz kimi, Ramazan gəldikdə özü ilə anacaq onun özünə məxsus olan ab-hava, ruh və canlılıq gətirir. Bütün müsəlman ölkələrinə bu ayda fərq bir atmosfer hakim olmaqdadır. Bu yerlərdə hara baxsanız, nəyə baxsanız orada bu mübarək ayın nəfəsini hiss edərsiniz. Əlbəttə. Azərbaycanımızda vəziyyət bir qədər fərqlidir. Orucluq vaxtı küçə və meydanlarımızda yemək və içmək yerlərinin heç nədən xəbəri уох kimi fəaliyyət göstərməsi adi haldir. Bəzi haMarda araşdırsaq görərik ki, bu yerlərin sahibtəri və уа orada çalışanlar hətta özləri də oruc tutmaqdadırlar. Belə hallar bu vətəndaşlarımızın Ramazanm həqiqətini lazımınca dərk etməməsi deməkdir. Əlbəttə ki, ölkəmiz Ramazan atmosferindən tam xati, tam uzaq deyil. Bəzi telekanal və qəzetlərimizdə Ramazan ovqatı duyulmaqdadır. Orucun vaxtlannı çatdırmaq və bu günlərdə dini mövzulu filmlərin nümayişi, bu yöndə qəzetlərdəki yazılar və s. həqiqətən təqdirəlayiqdir. Ancaq, bu əhval-ruhiyyənin daha kamil olmast bu sahədə çahşan qardaşlarımızm diqqətində olamalıdır. Belə ki, Ramazan günlərində acıq-saçtq kadrların göstərilməsi, bəzi qəzetlərdə xoş olmayan mövzulardan bəhs edilməsi bizim bir cəmiyyət olaraq bu ayın feyzindən yetərincə istifadə etməyimizə mane olur.
Qeyd etdiyimiz kimi, Ramazan ictimai bir ibadət ayidir. İslamın digər ibadətləri kimi bu ibadət də müsəlmanlan parçalanma və təfriqədən uzaqlaşdırmaq, onları birlik və bərabərlik içində vahid hədəf üçün birləşdirməyə ən yaxşı vasitədir. Qarabağı itirmək kimi günahı olan bir xalq bu ayı günahlarından tövbə etmək, birləşmək və kimliyini dərk etmək üçün bir fürsət bilməlidir. Ramazan orucu tövbəyə bir vasitədir. Ən dəhşətli qəlb mərəzlərinin əvvəli tövbəni unutmaqdır. Ramazan bir tövbə ayidir.
Bəli, Ramazan birlik və bərabərlik ayidir. İslam tarixində həmişə bu ayda bütün sosial təbəqələr bir-birinə yaxınlaşmış, İslam toplumunda əl tutma, yardimlaşma atmosferi hakim olmuşdur. Çünki, bu Rəsulullahın (s) ənənəsi IdI. Əhalisinin böyük bir hissəsi yoxsuMuq həddində olan ölkəmiz Ramazan şəfqətinə, Ramazan mərhəmətinə möhtacdır. Həmd olsun Allaha ki, az da olsa bu gün məmləkətimizdə imkanlı möminlər var. İnşaallah, bu qardaşlarımız imkansız müsəlmanları düşünəcəklər. Ancaq Ramazanda əl tutmaq tək bir zümrə ilə məhdudlaşmamalıdır. Yardım etmə istəyi ümümi bir şüura, psixologiyaya çevrilməlidir. Heç olmasa bu ayda cəmiyyətimiz arasında var olan kəskin maddi təbəqələşmə bir qədər tarazlaşsın. İnsanlarımız bu şüurda olduğu təqdirdə, dinini, mənəviyyatını nəzərə alıb iş həyatını, qazancını buna görə nizamladıqda bu ölkənin sərvəti və iqtisadiyyatı bərəkətlənəcəkdir.
Müxtəlif səbəblər üzündən, İslam bir həyat tərzi olaraq ilin on bir ayı həyatımızda görünməməkdədir. Allahın müqəddəs Kitabımn hökmləri həyatımızda başqa prinsiplərə, başqa qanunlara tərk edilmişdir. Quransızlıq, kitabsızlıq bizi hansı nəticəlorlə üzbəüz qoyduğu göz qabağındadır. Ramazan Quran ayidir. АИаһш bu müqəddəs əmanəti insana bu ayda tapşınlmtşdır. Ramazan Quranın insanla bütünləşdiyi aydir. Bu ayın bərəkətindən istifadə edərək Quranla aramızdakı səddləri ytxmağa çalışaq. Quranı öyrənək və öyrədək. Bu ayda tutduğumuz oruc, qıldığımiz namazlar və digər ibadətlərimiz qəlblərimizi Allahın Kitabını anlamağa hazir, onunla bütünləşməyə müsaid hala gətirsin.
Bütün aylar kimi Ramazan da keçəcək. Bu aydan bizə nə qalacağına diqqət etməliyik. Orucluq bitdikdən sonra özümüzə bir daha nəzər edək, görək dəyişmişikmi. Bu dəyişikliyi həm özümüz, həm də ətrafımızdakılar hiss etməlidir. Əgər bu ay bizi dəyişmədisə, deməli biz bir ау sadəcə ас qaİmışıq. Bu ayda tökülməyən günahlar artıq demək ki, daşlaşmışdır. Bunu düşünmək lazımdır…
Allah Onun ücün tutduqumuz orucumuzu qəbul buyursun. AMİN!

Share

About Author

(0) Readers Comments

Comments are closed.