İbn Abbas  rəvayət edir ki, Allahın rəsulu (s) deyib: “Cənnət ilin əvvəlindən sonuna qədər Ramazan ayından dolayı gözəl ətirlərlə qoxulanar, bəzənər. Ramazanın ilk gecəsi girincə Ərşin altından müsirə küləyi əsməyə başlayar. Onun təsiri ilə Cənnətdəki ağacların yarpaqları və qapı halqaları elə səslənər  ki, könülləri əsir edən gözəl nəğmələr duyular. Ona qulaq asanlar ondan daha gözəlini əsla heç vaxt eşitməmişlər. Daha sonra gözəl gözlü hurilər peyda olar. Cənnətin yüksək yerlərinə çıxaraq: “Özlərinə zövcə etmək üçün bizi Allahdan istəyən yoxmu?”- deyə səslənərlər. Sonra onlar Cənnətin gözətçisi Rizvandan soruşarlar:” Ey Rizvan, bu, hansı gecədir?” Rizvan: “Ləbbeyk”- deyərək belə cavab verər: “Bu, Ramazanın ilk gecəsidir. Bu gün Məhəmmədin(s) ümmətindən oruc tutanlar üçün Cənnətin qapıları açılmışdır.”

Allahın rəsulu (s) buyurub: “Allah belə əmr edər: “ Ey Rizvan, Cənnətin qapılarını aç! Ey Malik, Əhmədin (s) ümmətindən oruc tutanların üzünə Cəhənnəmin qapılarını bağla!” və Cəbrayıla da: “ Ey Cəbrayıl, yer üzünə en və azğın şeytanları bağla və boyunlarına dəmir halqa keçirərək dənizlərə at ki, mənim sevimlim Məhəmmədin (s) ümmətinin orucunu pozmasınlar!”

Rəsulullah (s) deyib: “ Allah Ramazanın hər gecəsində çağıran bir kəsə üç dəfə bu cür çağırmağı əmr edər: “ Məndən bir şey istəyən varmı, istədiyini verim? Bir tövbə edən varmı, tövbəsini qəbul edim? Məndən bağışlanmasını diləyən varmı, onu bağışlayım? Kim zəngin olub yoxsul olmayan, tam ödəyib haqsızlıq etməyən birisinə ( Allaha) borc vermək istəyir?”

Allah təala Ramazan ayının hər gününün iftar vaxtında Cəhənnəmə layiq min dəfə min (bir milyon) nəfəri Cəhənnəmdən azad edər. Ramazanın son günündə isə bu ayın birinci günündən sonucu gününə qədər azad etdiyinin cəmi sayı qədər insanı Cəhənnəmdən qurtarar. Qədr gecəsi olunca  Allah Cəbrayıla əmr edər, o da izdihamlı bir mələk toplumu içərisində əlində yaşıl bir bayraqla yer üzünə enər və onu Kəbənin üzərinə taxar. Hz. Cəbrayılın yüz qanadı var. O gecə onlardan yalnız ikisini açar ki, bu da Şərqdən Qərbə qədər olan məsafəni əhatə edər. Sonra Cəbrayıl mələkləri o gecə üçün ayaqda ikən və ya oturaraq ibadət edənlərə, namaz qılıb Allahı zikr edənlərə salam verməyə və onların dualarına “amin” deməyə rəğbətləndirər. Bu hal dan yeri sökülənə qədər davam edər. Səhər olunca Cəbrayıl: “ Ey mələklər, gəlin gedirik” deyər. Mələklər Hz. Cəbrayıldan soruşarlar: “ Ey Cəbrayıl, Allah təala Əhmədin (s)  ümmətindən olan möminlərin ehtiyacları barəsində nə etdi?” Cəbrayıl da: “ Allah onlara lütf gözü ilə baxdı və dörd kişidən başqa hamını bağışladı” deyə cavab verər. Səhabələr: “Ey Allahın rəsulu, o dörd kişi kimdir?”- deyə soruşduqda, Peyğəmbər (s) belə buyurdu: “Birincisi şəraba aludə olan, ikincisi valideynlərinin üzünə ağ olan, üçüncüsü əqrəbaları ilə münasibətləri kəsən, dördüncüsü isə kin saxlayandır.” Səhabələr: “Kin saxlayan nə deməkdir?” deyə soruşduqda, Rəsulullah(s): “Arada olan münasibətləri kəsəndir”- deyə cavab verdi.”  “Sonra bayram gecəsi olunca göylərdə o gecəyə “mükafat gecəsi” deyilər. Bayram sabahı olunca Allah mələkləri bütün yerlərə göndərər. Mələklər də yer üzünə enərək küçə və yolların başlarında durar, insan və cinlərdən başqa Allahın yaratdığı hər bir canlının duya biləcəyi bir səslə belə deyərlər: “Ey Məhəmmədin(s) ümməti, bol-bol yaxşılıq edən, ən böyük xətanı belə əfv edən, kəraməti çox olan Rəbbinizin hüzuruna çıxın!” Müsəlmanlar bayram namazı qılacaqları yerə çıxdıqları zaman Allah təala mələklərdən  soruşar: “Bir işçi işini bitirdikdən sonra onun mükafatı nədir?” Onlar cavab verərlər: “Ey ibadət etdiyimiz  və sahibimiz olan Allah, onun mükafatı layiq olduğu donluğu (maaş) verməkdir.” Allah təala mələklərə buyurar: “Mələklərim, siz şahidsiniz, onlara Ramazan ayındakı oruc və ibadətlərinin (təravih namazlarının) qarşlığı olaraq rizamı və məğfirətimi verdim.” Daha sonra Allah bəndələrinə müraciət edər: “Ey qullarım, məndən istəyin. Ucalığım və qüdrətimə and olsun ki, bu gün bu toplumunuzda Axirət üçün nə istəsəniz onu mütləq verərəm. Dünya üçün bir şey istəyərsənizsə, halınıza uyğun olanı verərəm. Ucalığıma and olsun ki, buyurduqlarımı yerinə yetirdiyiniz təqdirdə Mən də sizin xətalarınızı örtəcəyəm. Ucalıq və qüdrətimə and olsun ki, sizi günahkarların qarşısında rəzil və rüsvay etməyəcəyəm. Artıq evlərinizə bağışlanmışlar kimi dönün. Siz Məni razı saldınız, Mən də sizdən razı qaldım.” Mələklər Allahın bu ümmətə bayram günü vermiş olduğu bu nemətləri görüncə olduqca sevinərlər.”

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.