Manşet Xəbərlər — 29 October 2014

Tatarıstan dalğıcları “Qurani-kərim”i Antraktidaya çatdırmaq, Yer kürəsinin ən cənub nöqtəsində namaz qılmaq, eyni zamanda buzlu suyun dərinliyinə enmək üzrə dünya rekordunu təzələmək niyyətindədirlər.

Bununla da müsəlman dalğıclar İslamı 8 kilsənin olduğu və hələlik məscidin fəaliyyət göstərmədiyi buzlu qitəyə təqdim edəcəklər. Antarktidaya “Qurani-Kərim”lə yanaşı, Kazanın “Müqəddəs ana” ikonasını da gətirəcək tədqiqatçılar onu Bellinshauzen stansiyasının tədqiqatçılarına hədiyyə verəcəklər.

“Bu qitədə provaslavlıq müəyyən formada təmsil olunsa da müsəlmanların inancı buzlu qitəyə təqdim olunmayıb. Biz bura müqəddəs “Quran”ı gətirən və namaz qılan ilk insanlar olacağıq”, – deyə “Antraktida-100” ekspedisiyasının və Rusiya Coğrafiya İcmasının Tatarıstan bölməsinin rəhbəri Dmitri Şiller bildirib.

Qeyd edək ki, ekspedisiya üzvlərindən biri əbəbi buzlaq ərazidə “Quran”ı başdan sonadək oxuyacaq.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.