Manşet Xəbərlər — 26 August 2014

Bir qrup isveçrəli xristian Suriya və İraqdakı dindaşlarına yardım üçün bölgəyə döyüşməyə yollanıb.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, indiyədək 10 isveçrəli xristianın İraq və Suriyada gedən döyüşlərdə iştirak etmək üçün sözügedən ölkələrə yollandığı müəyyən edilib. Bu arada İsveçrədə müharibəyə gedə bilməyən ancaq bölgədəki xristianlara kömək etmək istəyənlərin maddi vəsait toplamağa başladığı xəbər verilir. “Sonntags Zeitung” qəzetinin xəbərində isə xristian döyüşçülərin məxfi düşərgələrdə İŞİD-ə qarşı döyüşəcək xristianların təlim keçdiyi öz əksini tapıb.

“Focus” jurnalının məlumatında isə isveçrəli xristianların indiyədək 200 isveç frankı toplayaraq, Suriyadakı xristianlara göndərdiyi bildirilib.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.