Xəbərlər — 18 June 2014

Evsiz London sakinlərinin şəhərin varlılar yaşayan məhəllələrində gecələməmələri üçün betonlara mismar vurulur.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda evsiz şəxslərin şəhərin varlılar yaşayan məhəllələrində gecələməmələri üçün bəzi parklardakı sütunlara mismar vurulması insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların etirazına səbəb olub. “Deyli Teleqraf” qəzetinin xəbərinə görə, London Şəhər Bələdiyyə İdarəsi “Soutvark” körpüsü istiqamətindəki səmtrlərdə evsizlərin gecələdiyi yerlərdə beton piltələri mismarlayıb. Evsizlərin sözügedən ərazidə gecələməklə səmtin görünüşünü pozmaması üçün belə bir layihə həyata keçirildiyinin açıqlanması sosial şəbəkələrdə də geniş müzakirə olunub. Xəbərlərdə hüquq müdafiə təşkilatları ilə yanaşı, bir çox şəhər sakininin mismarların çıxarılması üçün kampaniyaya start verdikləri bildirilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.