Manşet Xəbərlər — 20 September 2014

Uzaq məsafələri yaxınlaşdıran vasitələrdən biri də avtomobillərdir. Bir-birindən fərqli modelləri ilə həvəskarların zövqünü oxşayan avtomobil şirkətlərinin adlarının mənalarından çoxları xəbərsizdir. Bu yazıda avtomobil adlarının necə yarandığı öz əksini tapb. 
 
– “Mitsubishi” avtomobillərinin istehsalçısı olan eyniadlı şirkət Yaponiyanın ağır sənaye şirkəti hesab olunur. Şirkət öz emblemini qədim yapon döyüşçüləri olan “samuraylar”dan götürüb. Emblem mitsu (üç) və bishi (almaz) sözlərinin birləşməsindən yaranıb.
 
– 1897-ci ildə avstriyalı tacir yarışda qalib gəldiyi avtomobilə qızı Mersedesin adını verir. Daha sonra şirkətin qurucuları Qotlieb Daimler və Karl Benz balaca qızın şərəfinə istehsal etdikləri avtomobilə “Mersedes-Benz” adını verirlər.
 
– “Mazda” avtomobillərinin üzərindəki emblem qanadları açılan qartalı xatırladır. Şirkət adını Zərdüşt inancında müdriklik tanrısı olan Ahura Mazdadan götürüb.
 
– “Hunday” (“Hyundai”) şirkətinin adı Koreya dilində çağdaş, modern mənasını verir.
 
– Cənubi Koreyanın avtomobil istehsalçısı “Ssang Yong”un mənası “əkiz əjdaha”dır.
 
– Koreyanın ikinci böyük avtomobil istehsalçısı hesab olunan “Kia” adı “Asiyadan doğulan” mənasına gəlir.
 
– 1902-ci ildə ABŞ-da qurulan “Kadilak” (“Cadilac”) avtomobil şirkəti Detroit şəhərinin qurucusu fransız ixtiraçı Antoin de la Mose Kadilakın şərəfinə belə adlandırılıb.
 
– Yaponiyanın avtomobil şirkəti “Subaru” adını “Taurus”dan (yaponcadan tərcümədə buğa bürcü mənasını verir) götürüb.
 
– “Dacia” şirkəti Rumıniyanın ən böyük avtomobil istehsalçılarından sayılır. Qeyd edək ki, şirkət adını Rumıniyanın antik dövrdəki adlarındandır.
 
– “Leksus” (“Lexus”) latın dilindən tərcümədə “qanun” deməkdir. Bu şirkət “Toyota”nın ən lüks avtomobil markası hesab olunur.
 
– Almaniya istehsalı “Volksvagen” (”Volkswagen”) alman dilində “xalq avtomobili” mənasını verir.
 
– “Audi” latın dilindən tərcümədə “eşitdim” deməkdir.
 
– “BMW”nin tam adı “Bayerische Motoren Werke” yəni Bavariya Motor Zavodu mənasını verir.

/panoram.az/

/azerimuslims/

 

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.