Azərbaycan Manşet Xəbərlər — 05 October 2015

“AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır”.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən Həccdən qayıdan zəvvarların Səudiyyə Ərəbistanında təyyarənin gecikməsi səbəbindən aeroportda qalmalarını şərh edərkən bildiriblər.

Məlum olduğu kimi, zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə AZAL-ın təyyarələri ilə səfər ediblər. Lakin Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə, zəvvarların vətənə qayıdışını qarşı tərəf həyata keçirməli idi.

AZAL-dan bildiriblər ki, təəssüf ki, Səudiyyə tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində də azərbaycanlı zəvvarlar qayıdarkən ciddi problemlərlə üzləşdilər – uçuşlar təxirə salındı: “AZAL-ın simasında Azərbaycan tərəfi gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır”.

/trend.az/

Share

About Author

dlvmmazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.