Kim - kimdir? — 26 May 2014

 

Pakistanın keçmiş baş nazirlərindən olan xanım Bənazir Bhutto 1953-cü il iyun ayının 21-də Pakistanın Kəraçi şəhərində anadan olub. Atası Zülfüqar Əlidir

 

İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. 1953-cü il iyun ayının 21-də Pakistanın Kəraçi şəhərində anadan olan Bənazir Bhutto Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb. Xatırladaq ki, Pakistanın iki dəfə baş naziri seçilən xanım Bhutto ilk dəfə 1988-ci ildə inaqurasiyadan sonra cəmi 20 ay hakimiyyətdə qala bilmiş, daha sonra o dövrün prezidenti Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifəsindən kənarlaşdırılmışdı. 1993-cü ildə ikinci dəfə ölkənin baş naziri seçilən xanım Bhutto bu dəfə də üç il aradan sonra – 1996-cı ildə bənzər ittihamlarla istefaya məcbur edilmişdi. 1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Bənazir Bhutto “Forb” jurnalının tərtib etdiyi “siyasətdə 100 ən güclü qadın”ın siyahısına düşə bilməsə də jurnalın qadın siyasətçilərə aid bölməsində yer alan məqalədə aşağıdakılar qeyd olunmuşdur: “Hindistan subkontinentində başqa bir qadın tezliklə iqtidara geri qayıda bilər: Pakistanın keçmiş baş naziri Bənazir Bhutto”.
Məlumat üçün bildirək ki, Britaniyanın məşhur Oksford universitetində Fəlsəfə, Politologiya və İqtisadiyyat üzrə təhsil alan xanım Bhutto, eyni zamanda Harvard universitetinin də məzunudur. Bənazir Bhuttonun ata babası Cənab Şah Navaz Bhuttodur.

Benazir Bhutto 2007-ci il 27 dekabrda Pakistanda  törədilmiş terror nəticəsində öldürülmüşdür.

 

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Comments are closed.