Manşet Xəbərlər — 07 November 2014

Türkiyəli siyasətçi belə deyib.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlunun müavini Yalçın Akdoğan İsrail əsgərlərinin Əqsa məscidinin mehrabını çəkmələri ilə tapdalamalarına münasibət bildirib.

Akdoğan işğalçı rejim əsgərlərinin bu davranışını sərt şəkildə pisləyərək, bununla onların Əqsa məscidini deyil, özlərini kirlətdiklərini ifadə edib. Ankara Böyükşəhər Bələdiyyə İdarəsinin keçirdiyi toplantıda çıxış edən Baş nazirin müavini İsrail əsgərlərinin bu cür nalayiq davranışlarının qəbuledilməz olduğunu və bütün bəşəriyyətin bu cür hərəkətlərə etirazını bildirməli olduğunu deyib.

“Çəkmələri ilə Əqsa məscidinə soxulanlar həmin müqəddəs məkanı deyil, ancaq özlərini kirlədərlər. Bəşəriyyət bu cür hərəkətlərin təkrarlanmaması üçün birgə səy göstərməlidir”, – deyə Akdoğan qeyd edib.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.