Manşet Xəbərlər — 08 December 2014

“İslam Cəbhəsi” hərəkatı Suriya rejiminin Hələbdəki qərargahına hücum edib.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın Hələb şəhərindəki fəallardan olan Mustafa Sultan tarixi Hələb qalasının cənubunda yerləşən, Bəşşar Əsəd rejiminə bağlı qüvvələrin qərargah kimi istifadə etdiyi binaya “İslam Cəbhəsi” hərəkatının keçirdiyi əməliyyatda 15 əsgərin məhv edildiyini bildirib.

Tarixi qalanın ətrafında Suriya ordusuna bağlı birləşmələrlə müxalif qrup üzvləri arasında şiddətli toqquşmaların qeydə alındığını bildirən Sultan müxaliflərin qalanın cənubunda Əsəd əsgərlərinin qazdığı tunellərdən birini partlatdığını, nəticədə qarşı tərəfin xeyli sayda itki verdiyini deyib.

Suriyalı fəal rejim qüvvələrinin isə tunelin partladılmasına cavab olaraq, Sultaniyyə məscidini dağıtdığını ifadə edib. Suriya fəal rejimin verdiyi itkiləri simsiz rabitə vasitəsilə danışıqların dinlənilməsi zamanı müəyyənləşdirildiyini bildirib.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.