Manşet Xəbərlər — 06 August 2014

Bu, ABŞ-ın 2001-ci ildən etibarən Əfqanıstanda verdiyi “ən yüksək rütbəli itki”dir. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın “Taliban” hərəkatı ötən gün ABŞ ordusunun yüksək rütbəli zabiti, general-mayor Harold Qrini öldürüb. Xəbərlərdə 55 yaşlı general-mayorun Əfqanıstanın paytaxtı Kabildəki hərbi akademiyada əfqan hərbçisi geyimli “Taliban” döyüşçüsü tərəfindən qətlə yetirildiyi bildirilib. Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında hücumun Əfqanıstan hərbi geyimli şəxs tərəfindən həyata keçirildiyi təsdiqlənib. Prezident Həmid Qərzai amerikalı zabitin öldürülməsini şiddətlə qınadığını deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.