Elmi Manşet Məqalələr — 16 December 2015

XIX və XX əsrlərdə elmi düşüncənin inkişafı elə sürətli olmuşdu ki, alimlər müəyyən mənada təkəbbürlənmişdilər.

İnsan bədəninin quruluşunda öz izahını tapmayan orqanlar dərhal “artıq” hesab edilirdi – badamcıqlar, timus, epifiz, apendiks…  XX əsrin əvvəllərində İlya Meçnikov tərəfindən bağırsaq fermentasiyasının kəşfindən sonra cərrahlar hətta bu qərara gəlmişdilər ki, yoğun bağırsaq da gərəksizdir və mindən çox qabağa getmiş elm tərəfdarının yoğun bağırsağını götürmüşdülər.

Lakin elm tədricən “artıqları” bir-birinin ardınca bərpa etməyə başladı. Hal-hazırda Ukrayna və Amerika onkoloqları demək olar ki, eyni nəticəyə gəliblər: badamcıqları kəsilmiş insanlar xərçəngə digərlərinə nisbətən üç dəfə artıq tutulurlar. Eyni şeyi apendiksi kəsilmiş insanlar haqqında da demək mümkündür. Zamanında “artıq” orqanlarla ən çox amerikalılar mübarizə aparırdılar. Onlar yeni doğulan bütün körpələrin badamcıqlarını, ardından da apendikslərini kəsib götürürdülər. Keçən əsrin 50-ci illərində poliomielit epidemiyası baş verdikdə isə bəlli oldu ki, “artıq” orqanları kəsilmiş uşaqlar xəstəliyi daha ağır keçirir və digər xəstələrdən əvvəl ölürlər.

Bu da maraqlıdır ki, hərbi qüvvələrdə xidmətə çağırış yaşına çatdıqda “kəsilmişlər” öz yaşıdlarından boyca 20 sm kiçik, bədəncə zəif, vücudsuz, xəstəhal və əqli cəhətdən geridə qalmış olurdular. Alimlər onda başa düşdülər ki, badamcıqların və apendiksin immunitetdə böyük rolu vardır. Amerikalı mütəxəssislər indi etiraf edirlər ki, badamcıqları kəsilmiş milyon nəfər amerikalıdan 999 minində bunun kəsilməsinə heç ehtiyac yox imiş. Badamcıqların və apendiksin götürülməsi – immun sisteminin bir hissəsinin kəsilib götürülməsi deməkdir.

Tədqiqatlar göstərir ki, badamcıqlar orqanizmi infeksiyalardan qoruyur. Orqanizmimizə hava ilə bərabər daxil olan zərərli mikrobların 70%-dən çoxu məhz badamcıqlarda ilişib qalır. Eyni zamanda, badamcıqlar qan dövranında iştirak edən hüceyrələrin sintezinə kömək edən bioloji maddə istehsal edir.

Badamcıqları götürülmüş insanlarda qazanılmış immun çatışmazlığı (AIDS) inkişaf edir – onlar yuxarı tənəffüs yollarının iltihabı və allergik (faringit, rinit, sinusit, bronxit, qrip və s.), xəstəlikləri ilə daha tez-tez xəstələnirlər. Bu yaxınlarda Ukrayna alimləri belə bir iddia irəli sürdülər ki, badamcıq xərçəngə qarşı müqavimət göstərə bilir. Bir neçə yüz xəstəlik tarixçəsini öyrənən mütəxəssislər müəyyən etdilər ki, badamcıqları götürülmüş xəstələr digərlərinə nisbətən yuxarı tənəffüs yollarının, həzm traktının və ağ ciyərlərin xərçənginə 3-8 dəfə daha tez tutulurlar. Badamcıqlar üzərindəki dərinliklər (kriptlər) orqanizmə qida və hava vasitəsilə kənardan düşən (eləcə də kənardan daxil olan mikroorqanizmlərin) yad cisimlərin antigen tərkibini öyrənərək, daha sonra müdafiəedici zülallar istehsal edən özünəməxsus laboratoriyadır.  

Kiçik yaşlı uşaqlarda badamcıqları götürməkdən çəkinmək gərəkdir, çünki badamcıqlar qida allergiyasının qarşısını alır. Statistika göstərir ki, disbakterioz və qida allergiyası olan uşaqların 70 %də badamcıqlar götürülmüşdür. İndi həkimlər əmindirlər ki, 8 yaşa çatana qədər badamcıqları götürmək qətiyyən olmaz, daha sonra da bu əməliyyat son dərəcə arzuolunmazdır.

Bundan başqa, badamcıqların soyuqlamasının özü də bu soyuqlamaya səbəb olan antigenə (streptokokka və ya müəyyən qrip virusuna) qarşı uzunillik immunitetin yaranmasına imkan verən özünəməxsus peyvənddir. Deməli, badamcıqlar nə qədər tez götürülmüşdürsə, orqanizm selikli qişa, boğaz və qida borusu infeksiyalarına qarşı o qədər çox dözümsüz olur. Maraqlıdır ki, orta əsrlərdə badamcıqların götürülməsi əməliyyatı çox bəsit aparılırdı: həkim onları xəstənin boğazından öz dırnaqları ilə dartıb qoparırdı.

Adenoidlər də bənzər funksiyanı yerinə yetirir. Adenoidlər damaq, dil və qırtlaq badamcıqları ilə birlikdə limfa halqasını (Piroqov) əmələ gətirirlər ki, bu halqadan bir bəndin qopması bütün halqanın pozulmasına səbəb olur.

Bir qədər də apendiks haqqında danışaq. Apendiks divarlarının selikaltı təbəqəsində bağırsağı xərçəng xəstəliklərindən və infeksiyalardan qoruyan böyük miqdarda limfatik follikullar tapılmışdır. Limfa toxumalarının çoxluğuna görə apendiksi hətta bəzən “bağırsaq badamcığı” da adlandırırlar. Əgər boğaz badamcıqları orqanizmi nəfəs yolları infeksiyalarından qoruyursa, appendiks bağırsaqda çoxalmağa çalışan mikrobların qarşısını alır.

ABŞ-dakı Dyuk Universitetinin tibb mərkəzindəki həkimlər qəti əmindirlər ki, apendiks çox önəmli funksiyanı yerinə yetirir: immunitetin formalaşmasına kömək edir və bağırsaqda yaşayan faydalı bakteriyalar üçün depo rolunu oynayır. Belə ki, bağırsaqlarda yaşayan bakteriyalar sadəcə həzmi asanlaşdırmır, eyni zamanda immunitetə dəstək olur.

Hal-hazırda apendiksin iki əsas funksiyası sübuta yetirilmişdir: birincisi, immun sisteminin vacib orqanıdır, ikincisi, bağırsaq çöplərinin çoxalma yeridir. Bu çöplər orqanizmin mikroflorasının çox vacib komponentidir. Əgər damaq badamcıqları götürülmüşdürsə (və ya infeksiya buraxmışdırsa), qarın ağrısı olacaq və yaxud orqanizmə daxil olan mikrobun oyatdığı xəstəlik baş verəcək. Lakin əgər apendiks götürülmüşdürsə, mikrob daha uzağa – qasıq qovşaqlarına gedəcək, onların iltihabı baş verəcək və bu iltihab səbəbilə kiçik taz orqanlarının işi pozulacaq. Bu da öz növbəsində daha sonralar sidik kisəsinin və sidik yollarının iltihabına, pis halda isə sonsuzluğa səbəb olacaq.   

Odur ki, immun sisteminin bu orqanını qorumaq olduqca vacibdir, apendiksin soyuqlamasının ən yaxşı profilaktikası isə düzgün və sağlam qidalanma, eləcə də sintetik dərmanlardan, peyvəndlərdən və s. imtina etmək, sağlam həyat tərzi keçirməkdir.

Yadda saxlamaq lazımdır ki, Allah insanı ən gözəl biçimdə yaratmışdır və yalnız cahillik üzündən bəzi orqanlar tibb işçiləri tərəfindən “artıq” hesab edilir.

/aze.az/

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.