Manşet Xəbərlər — 14 November 2014

ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyatlar zamanı yaralandığı, daha sonra isə öldüyü iddia edilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin səs yazısı internetə yayılıb.

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gün “Yutub” videoportalına yüklənən səs yazısında Bağdadi Birləşmiş Ştatların rəhbərlik etdiyi hərbi koalisiyanın aktlarının uğursuzluğa düçar olduğunu iddia edib.

İŞİD lideri 17 dəqiqəlik səs yazısında “xilafət”in artıq Səudiyyə Ərəbistanı, Yəmən, Əlcəzair və Misirə yayıldığını bildirib. İŞİD döyüşçülərini “ilanın başı” adlandırdığı Səudiyyə Ərəbistanı rəhbərliyinə hücuma çağıran Bağdadi Misirin “Ənsar Beytül-Məqdis” hərəkatının “İslam Dövləti”nə bağlılıq andan məmnunluğunu gizlətməyib.

Səs yazısının sonunda İŞİD-in Yəməndəki Husi hərəkatına qarşı mübarizəyə girişəcəyi də vurğulanıb.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.