Azərbaycan Manşet Xəbərlər — 17 July 2016

Bu il də liseyin məzunları qəbul imtahanlarında yüksək nəticə əldə ediblər.

Türkiyə Dəyanət Vəqfi Baki Türk Liseyinin 90 məzunu bu il I-IV qruplardan imtahana girmişdir. Onların 45 nəfəri 600-dən yuxarı bal toplamışdır. Liseyin yetirməsi Tural Ağayev I ixtisas qrupu üzrə 700 bal toplayaraq ölkə birincisi olmuşdur.

Xatırladaq ki, Tural Ağayev liseyin indiyədək 700 bal toplayan 13-cü məzunudur. 2009-2015-ci illərdə daha 12 məzun bu nəticəni əldə etmişdir.

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.