Manşet Xəbərlər — 07 June 2014

Sarkozinin Daxili İşlər naziri olduğu dövrdə yaradılan qurumun həddiaşan bəyanatında qəzəb doğuran digər məqamlar da var.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Fransa hökumətinin himayəsində yaradılan İslam Şurası tərəfindən açıqlanan bildirişdə başörtüyünün dində fərz hökmündə deyil, tövsiyə edildiyi ilə bağlı ifadələr müsəlmanların etirazına və hiddətinə səbəb olub.

Sabiq prezident Nikola Sarkozinin hələ Daxili İşlər naziri vəzifəsində çalışarkən yaradılan şuranın bildirişində İslam dinində başörtüyünün fərz olmayıb tövsiyə xarakteri daşıdığı iddia edilməklə yanaşı, sözügedən dində islahatların aparılmasının zəruriliyi qeyd olunub.

“Fransa İslamı” yaradılması məqsədi güdən dövlət himayəsindəki şuranın hazırladığı bildirişin mətnində müsəlmanların cəmiyyətdə formalaşdırdıqları imiclərinə görə özlərinə yenidən diqqət yetirməli olduqları da öz əksini tapıb. Habelə bildirişdə Fransada məskunlaşan müsəlmanların öz dinlərini rahatlıqla yaşaya bildikləri iddia olunub.

Laiqlik və respublikaçılıq prinsiplərinə sədaqət göstərilməsinin vacibliyinin vurğulandığı bildirişdə müsəlmanları narahat edən problemlərə toxununulmaması diqqətdən yayınmayıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.