Manşet Xəbərlər — 15 December 2014

Hindistanın Xarici İşlər naziri qeyri-adi təklif irəli sürüb.

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, Hindistanın Xarici İşlər naziri Suşma Svarac Bhaqavad Qita əsərinin ölkənin yeni konstitusiya kitabı elan edilməsi təklifini irəli sürüb.

XİN rəhbərinin Bhaqavad Qitanın 5151-ci ildönümü münasibətilə keçirilən tədbirdə irəli sürdüyü təklif ölkədəki dini azlıqların, o cümlədən, müsəlmanların və xristianların kəskin narazılığına səbəb olub. Belə ki, dini azlıqların nümayəndələri nazir Svaracın təklifini təxribata səbəb ola biləcək ideya kimi qiymətləndirərək, bunun demokratik dövlət ənənəsinə zidd olduğunu vurğulayıblar.

Ölkənin müxalifətdə olan bütün siyasi partiyaları da Xarici İşlər nazirinin təklifini pisləyiblər. Müxalifət düşərgəsi konstitusiyada Hindistanın demokratik ölkə olduğunun vurğulandığını bildiriblər.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.