Fiqh Sual cavab — 26 May 2014

Müəyyən məsələlərdə fətvalar müxtəlif olduğu zaman qəlbi mütməin edib vicdanı rahatladan fətvanı götürmək lazımdır. Necə ki, bir xəstəlik üçün müxtəlif həkimlərə müraciət etdikdə hər həkim bu xəstəliyə fərqli müalicə metodları buyurmaqdadır.

Bəziləri cərrahiyyə əməliyyatına ehtiyac olduğunu söylədikləri zaman , bəziləri isə bunun tam əksini deyə bilər. Bu zaman xəstə nə etməlidir?

Heç şübhəsiz bunlardan birini tərcih etməlidir. Ya, əksəriyyətin fikrinə etimad etməli ya da daha məşhur mütəxəssis və bilkli həkimin rəyinə üstünlük verməlidir. Bu zaman onun bu və ya digər rəyi qəbul etməsində əsas səbəb seçdiyi rəyin mütməin etməsidir.

Eləcə də dediyimiz kimi şəri hökmlərdə də elminin genişliyinə , dininin möhkəmliyinə, vəsait və ədalətli olmasına qəlbin mütməinlik duyduğu şəxsin rəyi əsas götürülər.

Bundan əlavə rəyi əsas götürülən alimin soruşulan məsələ barəsində reallığı bilməsi əsas şərtlərdəndir.

Bəzi fəqih və alimlər kitablardakını yaxşı bildiyi halda məsələnin baş verdiyi şəraitə bələd olmayaraq rəy söyləməkdədirlər. Bu zaman real vəziyyətdə insanların problemlərini bilmədikləri üçün xəta edirlər. Beləliklə bu şərtləri nəzərə alaraq , qəlbin mütməin olduğu, vicdanın rahatlıq etdiyi rəy əsas götürülməlidir. Deyilir ki , fəqihlər dəlillərin tərcihində , sıravi insanlar isə alimlərin rəyinin tərcihində ictihad etməlidir.

Ən doğrusunu Allah bilir.

Dr. Yusuf Əl-Kardavi

Share

About Author

(0) Readers Comments

Comments are closed.