Manşet Xəbərlər — 12 September 2014

Uşaqlarda rast gəlinən narahatçılıqlardan biri də saçların bitlənməsidir. Panoram.az bitlərə dair bilinməyən məlumatları və müalicə yollarını təqdim edir.

Bitlər hoppana və uça bilmir. 3 cüt ayağı olan bitlər 2 mm-dən kiçik olan böcəklərdir. Yaxın təmas, yaxud da daraq, paltar, papaq, mobil telefon, qulaqcıq kimi əşyalardan keçə bilər.

Ev heyvanları insan biti üçün daşıyıcı deyil. Yumurtaları el arasında “sirkə” kimi tanınır.

Bitlərə dair bilinməyən məlumatlar:

1.Bir bit gündə 5 dəfə pəncələrini dəriyə keçirib qan əmər. Qan əməndən sonra gənə kimi şişməsə də, tərkibindəki qana görə pas rənginə dönür.

2.Bitin tüpürcəyi və ifrazatı dəriyə toxunduğu zaman qızartı və qaşınma yaradır. Bəzən isə iltihablı yaralar da əmələ gələ bilər.

3.Dişi bit 1 aylıq həyatının hər günü təxminən 6 ədəd yumurta qoyur. Bu yumurtalardan təxminən 1 həftəyə bit çıxır. Odur ki, bitə qarşı müalicə həftədə 1 dəfə təkrarlanmalıdır.

4.Saç biti daha çox uşaqlarda rast gəlinir. Ən çox boyun ardında və qulaq arxasında olur. Qızlara oğlanlara nisbətən daha asan bit düşür.

5.Dərmanlar quru saça sürtülməlidir. Çünki bit su ilə təmasda olan zaman nəfəsini saxlayır və yarım saat nəfəs almadan yaşaya bilir. Nəfəs almadığı üçün dərman bitə təsir etmir və məhv olmur. Çünki dərman nəfəs yolunu iflic edərək biti öldürür.

6.Sinifdə biti olan bütün uşaqlar eyni zamanda müalicə almalıdırlar. Əks halda təmizlənən saça yenidən bit düşə bilər.

Çox çətin hallarda saçlar qırxılır. Lakin bu son addımı atmazdan öncə müalicə yolu ilə də bitlərdən xilas olmaq mümkündür.

Müalicə yolları:

1.Mexaniki təmizləmə- bit və sirkəni əllə təmizləmək, bit darağı ilə daramaqla bitlərdən xilas ola bilərsiniz. Bit darağı ilə darayarkən saçı su, zeytun yağı, ya da saç kremi ilə nəmləndirməyiniz məsləhətdir. Bu darama 3-4 gündən bir 15-30 dəqiqə təkrarlanmalıdır. Saç təmizləndikdən sonra da 2 həftə davam edilməlidir.

2.Vazelin və ya mayonez həftədə bir dəfə ən azı 10 dəqiqə saça bol sürtülməlidir. Beləcə nəfəs ala bilməyən bitlər məhv olur.

3.Həmçinin 30 dəqiqə saç feni ilə isti hava da tətbiq edə bilərsiniz. Bu üsulla da bitlərdən xilas olmaq mümkündür.

/panoram.az/

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.