Manşet Xəbərlər — 15 August 2014

BMT Təhlükəsizlik Şurasında (TŞ) İraq Şam İslam Dövləti (İŞİD) və “Nüsrət Cəbhəsi”nə qarşı sanksiyalar səsverməyə çıxarılır. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT TŞ-da İraq və Suriyada fəaliyyət göstərən təşkilatlara qarşı sanksiyaların tətbiqi məsələsinə aydınlıq gətiriləcək. Quruma avqust ayında sədrlik edən İngiltərənin Daimi Nümayəndəliyi tərəfindən hazırlanan qanun layihəsi xüsusunda bütün şura üzvlərinin razılığa gəldikləri bildirilib. Layihədə İŞİD və “Nüsrət Cəbhəsi” kimi İraq və Suriyada nüfuzlu olan silahlı qruplaşmalara maliyyə dəstəyinin kəsilməsi, eləcə də üzvlərinin gücləndirilməsinin qarşısının alınması və sözügedən qrupların səbəb olduğu zorakılıq və aktlara son qoyulması məqsədi güdüldüyü öz əksini tapıb. Habelə layihədə hər iki hərəkatla əlaqəsi olan 6 nəfərə qarşı da maliyyə və digər sanksiyaların tətbiqi nəzərdə tutulub. Qanun layihəsində İŞİD və “Nüsrət Cəbhəsi”nin İraq və Suriyada bəzi neft emalı müəssisələrini ələ keçirdiyi, buradan satılan neftdən əldə olunan gəlirlərlə həm təşkilatlarını maliyyələşdirdikləri, həm də yeni döyüşçüləri cəlb etdiyi vurğulanıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.