Manşet Xəbərlər — 18 June 2014

Qurumun Fövqəladə Hallar üzrə əlaqələndiricisinin müavini Myanmara səfər edəcək. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT-nin Fövqəladə Hallar üzərə əlaqələndiricisi Valerie Amosun köməkçisi Kyunq-vha Kanq 10-14 iyun tarixində Myanmarın Rohinya vilayətindəki qaçqın düşərgələrini ziyarət edəcək. BMT Baş katibliyi sözçüsünün açıqlamasında Kanqın Myanmara səfəri çərçivəsində Arakan vilayətində iki il əvvəl buddist zorakılığından dolayı evlərini tərk etmək məcburiyyətində qalmış 140 mindən çox müsəlmanın sığındığı qaçqın düşərgələrinə baş çəkəcəyi bildirilib. Habelə BMT nümayəndəsinin sözügedən səfər zamanı ölkə rəsmiləri ilə bir araya gələcəyi də planlaşdırılır. Xarici KİV Kanqın səfərdən sonra BMT-nin Baş ofisinin yerləşdiyi ABŞ-ın Nyu-York şəhərində jurnalistlər üçün mətbuat konfransı keçirərək, səfərlə bağlı ətraflı məlumat verməsi də nəzərdə tutulub.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.