Xəbərlər — 08 August 2014

İŞİD İraq xristianlarının yaşadığı şəhərləri ələ keçirməyə başlayıb. “Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Fransa İraqda xristianların yaşadıqları şəhərlərin İraq Şam İslam Dövlətinin (İŞİD) nəzarətinə keçməsindən dərhal sonra BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili toplantısının keçirilməsini tələb edib. Fransanın Xarici İşlər naziri Loren Fabius yazılı açıqlamasında ölkəsinin beynəlxalq ictimaiyyətin İraqdakı terror riskini aradan qaldırması üçün BMT TŞ-nin təcili toplantısının keçirilməli olduğunu bildirib. Xatırladaq ki, İŞİD Mosul vilayətini nəzarət altına aldıqdan sonra xristianların sıx məskunlaşdığı Həmdaniyyə qəsəbəsini ələ keçirmiş və bölgədəki xristianlar evlərini tərk edərək, Ərbil şəhərinə qaçmışdı.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.