Manşet Türkiyə Xəbərlər — 01 December 2014

Türkiyədə ilk dəfə bir məscidin imamı və müəzzini əlil vətəndaşlar arasından təyin olunub.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Din İşləri Nazirliyi Ədirnə şəhərindəki “Dar əl-Hədis” məscidinə əlil Hafiz Mahmud Əroğlunu imam təyin edib.

Məscidin müəzzini isə artıq 3 ildir ki, “Dar əl-Hədis” məscidində gündə beş dəfə azanı ifa edən Ərol Adəm Düzkəsdir.

Məscidə gələnlərin sözlərinə görə, imam Hafiz Mahmud Əroğlu həm məsciddə, həm də məsciddən kənarda nüfuzu ilə seçilir.

Qeyd edək ki, H.M.Əroğlunun “Dar əl-Hədis” məscidinə təyinatı ilə Türkiyədə ilk dəfə bir məscidin imamı və müəzzini əlil vətəndaşlar olub.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.