Manşet Xəbərlər — 20 September 2014

Ağciyərlər insan orqanizminin ən mühüm orqanlarından biridir. Çünki ağciyərlər sayəsində nəfəs alır və qanın bütün orqanizmimizə təmiz oksigen yaymasını təmin edir. Məhz buna görə də ağciyərlərimizi qorumalıyıq. Panoram.az ağciyərə faydalı olan qidaları oxucuları ilə paylaşır.

Zəncəfil antioksidanla zəngin olduğu üçün müxtəlif toksinləri və ağciyərlərdəki zərərli maddələri təmizləyir. Ona görə də zəncəfil və ya zəncəfil çayından istifadə edilməsi məsləhətdir.

Sarımsağın da tərkibində antioksidan olmaqla yanaşı, alisin maddəsi də ağciyərləri təmizləyir. Sarımsaqda olan bu maddələr həmçinin soyuqdəymənin, qripin və tənəffüs yolu xəstəliklərinin qarşısını da alır. Hər gün üç diş və ya balla qarışdırılmış çayla qəbul etmək olar.

Evkalipt təbii antibiotik olmaqla yanaşı, tərkibi yağlara da zəngindir. Bu uçucu yağlar ağciyərdə olan infeksiyanı məhv edir və qanı artırır.

Əməköməci isə ağciyərləri siqaretin zərərli maddələrindən təmizləyir. Bir hissə əməköməcini isti suda qaynadıb, 5-6 saat sonra bir stəkan ac qarına qəbul etmək olar. Əməköməci həm də bəlğəmgətirici olmaqla ağciyər xərçəngi riskinin də qarşısını alır.

Keçibuynuzu da əməköməci kimi siqaret çəkən insanlar üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu bir litr suda qaynadıb qəbul edilsə, siqaretin ağciyərlərə vurduğu zərər qismən də olsa, aradan qaxar. Lakin keçibuynuzu 6 aydan bir 20 gün olmaqla kompleks qəbul edilməlidir.

Ekinezyanın (Kirpi otu) da soyuqdəymə, öskürək olduqda köklərindən istifadə edildikdə ağciyərdə olan müxtəlif infeksiyaları təmizləyir.

/panoram.az/

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.