Manşet Xəbərlər — 27 June 2014

Padova şəhərinin yeni bələdiyyə sədri Massimo Bitonci yeni “islahat”lar aparır. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliyanın şimalındakı Padova şəhərinin yeni bələdiyyə sədri Massimo Bitonci şəhərin bütün dövlət binalarına xaç asılmasına dair göstəriş verib. Habelə o, Ramazan ayında müsəlmanların idman zallarında ibadət etməsinə qadağa qoyulmasını da tapşıraraq, İslam dininin mənsubları üçün mübarək sayılan ayda ibadətə əngəl olub. Ultrasağ Şimali Liqası Partiyasının üzvü olan Bitoncinin yeni vəzifəsindəki ilk işləri artıq ölkədə müzakirə mövzusuna çevrilib. Bitonci rəsmi “Feysbuk” və “Tvitter” sosial şəbəkəsində yerləşdirdiyi açıqlamasında xaçlara toxunanlarının “başının ağrıyacağı” barədə xəbərdarlıq edib. Bələdiyyə sədri idman zallarının sözügedən təyinatla istifadə olunmasının vacibliyini vurğulayaraq, Ramazan ayı ilə bağlı tədbirlərin bu kimi məkanlarda keçirilməsinə razılıq verməyəcəklərini deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.