Arxivi Kim – kimdir?

Əbubəkr əl-Bağdadi (1971)

Əbubəkr əl-Bağdadi (1971) Bağdad İslam Universitetinin professoru, İraq və Şam İslam Dövləti (İŞİD) lideri, məscid imamı, xətib   İbrahim Əvvad İbrahim Əli əl-Bədri Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində anadan olub. Bağdad İslam Universitetindən məzun olduqdan [...]

Hüseyn Gülərcə (1950)

Türkiyəli yazıçı, pedaqoq. Hüseyn Gülərcə 1950-ci ildə Türkiyənin Ədirnə vilayətinin Kəşan qəsəbəsində anadan olub. Orta məktəbi Kəşanda bitirdikdən sonra Ədirnə Müəllimlər Məktəbində, daha sonra isə İstanbul Ali Müəllimlər Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb. [...]

İzzəddin əl-Qəssam (1882-1935)

HƏMAS hərəkatının qurucusu, dəvətçi-alim, Osmanlı hərbçisi İzzəddin ibn Əbdülqadir əl-Qəssam 1882-ci ildə Suriyanın Latakiya şəhərinin Cəbalə qəsəbəsində anadan olub. Dindar ziyalı ailəsində böyüyən İzzəddin ilk təhsilini müəllim olan atasından alıb. 14 yaşında ikən Misirin Əzhər Universitetinə [...]

Şeyx Əbu Fəth əl-Bəyanuni kimdir?

  Məhəmməd Abdullah Əbu Fəth əl-Bəyanuni 1940-cı ildə Suriyanın Hələb şəhərində ziyalı ailəsində dünyaya göz açıb. İlk təhsilini Hələbin tanınmış dəvətçilərindən və din xadimlərindən biri olan atası Şeyx Əhməddən alıb. Atası ilə yanaşı onun tərbiyəsində anasının [...]

Münir Qadban kimdir?

Münir Məhəmməd Qadban (1942-2014) Suriyalı alim, mütəfəkkir, “Müsəlman Qardaşlar” hərəkatının keçmiş sədri, Səudiyyə Ərəbistanı Fitva Şurasının üzvü Münir Məhəmməd Qədban 1942-ci ildə Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra ali təhsilini İslam hüququ [...]

Bənazir Bhutto kimdir?

  Pakistanın keçmiş baş nazirlərindən olan xanım Bənazir Bhutto 1953-cü il iyun ayının 21-də Pakistanın Kəraçi şəhərində anadan olub. Atası Zülfüqar Əlidir   İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto [...]

Turqut Özal kimdir?

Turqut Özal 1927-ci ildə Türkiyənin Malatya şəhərində anadan olub. 1950-ci ildə İstanbul Texniki Universitetinin məzunu olan Turqut elektrik mühəndisi ixtisasına yiyələnib.   1952-ci ildə ABŞ-a yollanan Turqut orada iqtisadiyyat üzrə təhsilini tamamlayıb. Türkiyəyə geri qayıtdıqdan sonra [...]

Yusif əl-Qərdavi kimdir?

1926-cı ilin  sentyabr ayının 9-da Misirin əl-Ğərbiyyə vilayətinin Sift kəndində dünyaya gələn Qərdavi hələ iki yaşında ikən atasını itirmiş və onun təhsili ilə əmisi məşğul olmuşdur. Balaca Qərdavi hələ on yaşına çatmamış Quranı əzbərləmişdi. Krallıq dövründə [...]

Əhməd Davudoğlu kimdir?

Türkiyə diplomatiya tarixinə bir çox yenilik gətirən Əhməd Davudoğlu 1959-cu ildə ölkənin Konya şəhərinin Daşkənd qəsəbəsində anadan olub. Dörd yaşında olarkən vaxtında xəstəxanaya çatdırılmadığına görə, anasını itirən Əhməd atası və ögey anası Səfurə xanımla birlikdə İstanbula [...]