Manşet Xəbərlər — 13 November 2014

Sincan vilayətində 22 məscid imamı “qeyri-qanuni” dini təbliğat aparmaqda təqsirli bilinib.

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, uyğur türklərinə qarşı ayrı-seçkilik siyasətini davam etdirən rəsmi Pekin bu dəfə ictimaiyyətə “vəhşi imam”lar kimi qələmə verdiyi 22 müsəlman uyğur türkü məhkəmə tərəfindən müxtəlif müddətə azadlıqdan məhrum edilib.

Belə ki, imamlar barəsində 5 ildən 16 ilədək azadlıqdan məhrumedilmə hökmü çıxarılıb. Qərarda imamların qeyri-qanuni dini fəaliyyətlə yanaşı, dinlərarası münasibətlərin bilərəkdən pisləşdirilməsində də təqsirli bilindikləri öz əksini tapıb.

Uyğur ictimaiyyəti isə qərara etiraz etdiklərini və sözügedən məscid imamlarının qeyri-qanuni heç bir iş görmədiklərini bəyan edib.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.