Manşet Türkiyə Xəbərlər — 15 August 2014

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Qəzzadan gətirilən yaralı fələstinliləri xəstəxanada ziyarət edib. “Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, nazir yaralıları ziyarəti əsnasında daha çox fələstinlinin Türkiyəyə gətiriləcəyini bildirib. Türkiyəli həkimlərin səyi ilə fələstinlilərin müalicə edilərək, Qəzzaya geri göndəriləcəyini ifadə edən Davudoğlu 18 yaralının vəziyyəti ilə yaxından maraqlanıb. Ziyarətdən sonra jurnalistlərə açıqlama verən Türkiyə XİN rəhbəri bir tərəfdən siyasi problemlərin həlli ilə məşğul olarkən digər tərəfdən, sözügedən problemlərin səbəb olduğu humanitar faciələrin aradan qaldırılmasına çalışdıqlarını deyib. Dinindən və millətindən asılı olmayaraq bütün zümrələrə yardımlarını əsirgəmədiklərini qeyd edən Davudoğlu yürütdükləri siyasətin “vicdan diplomatiyası” olduğunu bildirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.