Xəbərlər — 18 June 2014

İranlı parlamentarilər Ruhanidən qadınlara daha çox diqqət ayırmasını istəyiblər. “Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, İran parlamentinin deputatları prezident Həsən Ruhanidən qadınların ictimai yerlərdə ciddi geyimi ilə bağlı qanunun icrasına nəzarəti gücləndirməyi tələb ediblər. 195 millət vəkilinin imzaladığı məktubda prezident Ruhanini iranlı qadınların cəmiyyətdə dini əsasları sarsıdan Qərb mədəniyyətinin mənfi təsirlərindən qorunması üçün müvafiq iş görməyi tələb ediblər. Məktubda iranlı qadınların başörtüyünə münasibətin dəyişməsinin mədəni sahədə nöqsan olduğu öz əksini tapıb. Deputatlar hökumətin qadınların geyim kodeksi ilə bağlı qanunvericiliyi sərtləşdirməyəcəyi təqdirdə xalqın xoşagəlməz seçimlə üz-üzə qalacağı barədə xəbərdarlıq ediblər.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.