İslami Məqalələr — 02 June 2014

Dua möminin ibadət həyatının ayrılmaz hissəsidir. Dualarımız bizi Allaha yaxınlaşdıran, şeytandan uzaqlaşdıran bir vasitədir. Əlbəttə, hər bir möminə dualarının qəbul olunması vacibdir. Buna görə duanın qəbul edilməsinə yardımçı olan imkan və şəraitləri yaxşı bilməli, həm ruhən, həm cismən duaya hazır olmalıyıq.

Quranda buyurulmaqdadır: “Rəbbiniz buyurdu: “Mənə dua edin mən də dualarınızı qəbul edim.” (Mumin 60) Dua edən mömin əvvəla bu ayənin şüurunda olmalıdır. Belə ki. Allahın dua edənlərə dualarını qəbul etməsini vəd etdiyini bilməlidir. Bu əlbəttə ki. Yaradanın öz qullarına bir lütfüdür. Bu ruhu ilə dərk edən mömin eyni zamanda duasının qəbul edilməsi üçün digər şərtləri də yerinə yetirməlidir.

Rəsulullah buyurur: “Geniş vaxtlarında allahı xatırla ki Allah da səni sənin dar vaxtkarında xatırlasın.” Demək ki, dualarımızın qəbul edilməsi üçün ilk şərtlərdən biri dualarımızı qəbul edəcək Rəbbimizi hər halımızda xatırlamağımızdır. Allahı hər halımızda xatırlamaq necə olur? Bu nə deməkdir? Yəni hər hansı bir əməli etdikdə bu əməlin Allahın xoşuna gəlib gəlməyəcəyini düşünmək Allahı xatırlamaqdır.

Səlman əl-Farisi deyir: “Bir kəs ki, zəngin və nəşəli vaxtlarında Allahı zikr edər, sonra bir sıxıntıya düşdükdə Allaha dua edərsə mələklər “bu səsi tanıdıq” deyərlər və Allah qatında duasının qəbul olunması üçün vasitəçilik edərlər. Rahat və hüzur içərisində olarkən Allahı unudub, Onu zikr etməyib sıxıntıya düşüncə Allaha yalvarmağa başlayan kəsin səsin duyunca isə mələklər “bu səsə qulağımız öyrəşməyib, bizə tanış deyil”- deyərlər.

Duaların qəbul ediməsinin digər şərtlərindən biri də haramlardan əl çəkmək, halal yemək və halal olanlardan istifadə etməkdir. Allah təala Qurani-Kərimdə buyurmaqdadır: “Ey Peyğəmbərlər, təmiz şeylərdən yeyin və yaxşı əməllər edin. Şübhəsiz Mən sizin əməllərinizi bilənəm”, “Ey iman edənlər! Sizə verdiyim rtəmiz ruzilərdən yeyin”– buyurulmaqdadır.
Rəsulullah (s) bir hədisində buyurmaqdadır: “Yediyi- içdiyi haram olanın duası qəbul olmaz.” Digər bir hədisində isə Rəsulullah bir nəfəri misal göstərərək buyurur: “Uzaq yolçuluqlar edən (yolçunun duası qəbul olar) dağınıq saçlı, paltarı toz-torpaq içində əllərini göyə qaldırıb “Ey Allahım! Ey Allahım!” deyə yalvarar. Ancaq yediyi haram, içdiyi haram və daima haramla yaşamışsa onun duası necə qəbul olsun?”
Duaların qəbulunu asanlaşdıran digər şərtlərdən biri də dua edərkən Rəsulullaha səlat və səlam gətirməkdir. Bir hədisdə Allah Rəsulu (s) Allaha həmd etmədən və Rəsuluna səlatu-səlam gətirmədən dua edən birisini görərək deyir: “Bu adam tələsdi.” Sonra o adamı çağıraraq buyurdu: “Biriniz dua edərkən əvvəl Allaha həmdü-səna etsin, sonra peyğəmbərə səlatü-səlam gətirsin. Sonrada istədiyi şəkildə dua etsin”
Duanın qəbul edilməsi üçün digər şərtlərdən biri də fəqir və möhtacların dualarını da vəsilə etməkdir. Rəsulullah buyurur: “Mənə zəifləri çağırın. Çünki, siz ancaq zəiflərinizin dua və bərəkəti ilə ruziləndirilir və yardım edilirsiniz.”
Digər i hədisində isə buyurur: “Kafir belə olsa məzlumun bədduasından uzaq durun. Çünki, məzlumla Allah arasında pərdə olmaz”
Bu hədislərdən aydın olur ki, ətrafımızdakı müsəlman xəstələrdən, imkansızlardan, çətinlikdə olanlardan bizə dua etmələrini xahiş edə bilər, yaxud onlara kömək edərək, ehtiyaclarını ödəyərək onların xeyir duasını ala bilərk.
Rəsululah (s) bir hədisində buyurur: “Günah edərkən insan mələklərin duasını itirir.” Beləliklə digər hədislərdə də işarət edildiyi kimi duaların qəbul edilməsi üçün günahlardan uzaq olmaq, və keçmiş günahlara da tövbə etmək lazımdır. Tövbə haqqında isə Rəsulullah (s) buyurmuşdur: “Qul peşiman olub, tövbə edib bağışlanma dilədikdə Allah günahlarını silərbədən üzvlərinə etdiklərini unutdurar.Günahlarını görənlərdən və etdiyi yerlərdən qaldırar. Allahın hüzuruna gəldikdə artıq günahına heç bir şahis qalmaz.”
Tövbənin qəbul olması üçün isə günahlara bir də qayıtmamaq niyyətində olmaq lazımdır.
Hədislərə görə duanı daha çox aşağıdakı vaxtlarda etmək lazımdır:
• Gecənin son üçdə biri
• Əzan vaxtı
• Fərz namazlardan sonra
• Cümə günü imamın minbərə qalxmasından namaz qılınıb qurtaranadək
• Səcdə zamanı
• Sədəqə verdikdən sonra və ya başqa xeyir-əməldən sonra (Bu əməllərdən sonra insan allaha daha yaxın olduğu üçün duaları daha tez qəbul olar)
• Yağış yağan zaman
• Sahur vaxtı
• İftar açarkən
Dua edərkən daha yaxşı olardı ki dua edən adam:
• pak olsun;
• üzünü qibləyə çevirsin;
• əllərini səmaya qaldırsın;
• duanı Allaha həmd və səna ilə başlasın;
• sonra Peyğəmbərə səlavat gətirsin;
• sonra israrla dua etsin və duada Allahın ism və sifətlərini zikr etsin. (Məsələn ey qadir olan Allah mənə yardım et və s.)

Share

About Author

(0) Readers Comments

Comments are closed.