Aktual Azərbaycan Manşet Xəbərlər — 07 September 2014

06 sentyabr 2014-cü il tarixdə Balakən rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin (EYSAİB) “Tolerantlıq – əxlaqi davranış və mədəniyyət məsələsi kimi” mövzusunda elmi-praktik konfransı keçirilib.

Panoram.az-ın məlumatına görə, rayondakı Heydər Əliyev Mərkəzində baş tutan konfransda Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən müxtəlif dini icma üzvləri və ziyalılar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov daha sonra sözü EYSAİB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Kamran Babayevə verib. K.Babayev Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini, QHT-lərin hüquqi bazasının formalaşdırıldığını qeyd edərək, dini maariflənmə işinin dövlət səviyyəsində dəstəkləndiyini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin xüsusi diqqət ayırdığı bu sahə ilə bağlı siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Məruzəçilərdən EYSAİB-in təsisçi həmsədri və tədris işləri üzrə sədr müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli İslam və tolerantlıq mövzulu çıxışında tolerantlığın xalqın tarixən dini və mənəvi dəyəri olduğunu xüsusi qeyd edib.

Digər məruzəçi EYSAİB-in elmi işlər üzrə sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Elmir Quliyev dini radikalizmə qarşı maariflənmənin rolu mövzulu çıxışında vətəndaşların radikalizmə qarşı dini maarifləndirilməsi işində məscid imamlarının, rayonlarda dini icmaların nümayəndələrinin üzərinə böyük iş və məsuliyyət düşdüyünü bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov isə mötədilliyin radikalizm və fanatizmlə mübarizədə əsas vasitə olduğunu bildirərək, mövqeyini nəzəri müddəa və praktiki nümunələrlə əsaslandırıb.

Məlumat üçün deyək ki, EYSAİB-in sözügedən mövzuda əvvəlki konfransları İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında  keçirilmişdi.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.