Manşet Xəbərlər — 07 August 2014

Xarici İşlər naziri bu məqsədlə Misir və İsraillə danışıqların aparıldığını deyib.

“Azerimuslims.com” xarici KİV-ə istinadən məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Fələstinin Qəzza zolağına hərbi təcavüz zamanı yaralanan fələstinlilərin Türkiyədə müalicə alması məqsədilə Misir və İsraillə danışıqların aparıldığını bildirib. Qəzza zolağındakı yaralıların nəqli üçün hava koridorunun yaradılmasını təklif edən nazir məqsədlərinin həm də fələstinlilərə humanitar yardımın çatdırılması olduğunu deyib. Davudoğlu danışıqların uğurla başa çatacağı təqdirdə minlərlə yaralının Türkiyəyə gətirilə biləcəyini deyərək, hazırda İsrail və Misirlə müzakirələrin davam etdiyini vurğulayıb. Məsələni Fələstin prezidenti Mahmud Abbasla da müzakirə etdiyini deyən Türkiyə XİN rəhbəri minlərlə fələstinlinin təcili tibbi müalicəyə ehtiyac duyduğunu qeyd edib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.