Manşet Xəbərlər — 24 June 2014

Ramazan ayı ərəfəsində yeni maarifləndirici “Ramazana toxun” layihəsi həyata keçirilir. “Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, Sinqapurda mübarək Ramazan ayının başlanması münasibətilə müsəlman gənclər üçün oruc tutmanın əhəmiyyətinə dair seminarlar keçirilir. Layihənin təşkilatçılarından olan Xalid Şükür Bəkri sosial şəbəkələr vasitəsilə də media dəstəyi veriləcək layihə çərçivəsində müsəlmanlarla yanaşı, qeyri-müsəlmanların da oruc tutmanın əhəmiyyətinə dair faydalı məlumatları öyrənə biləcəklərini deyib. Bəkri “Feysbuk”, “Vatsap” və digər sosial şəbəkələr vasitəsilə də Ramazana dair materialların, video və audioçarxların hazırlanıb istifadəçilərə təqdim ediləcəyini ifadə edərək, mübarək ay ərzində müxtəlif maarifləndirici müsabiqələrin də təşkil olunacağını vurğulayıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.