AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 24-04-2014
Sübh05:08
İşraq06:49
Zöhr13:39
Əsr17:27
Məğrib20:29
İşa22:04
 

Günün sualı
Sizcə, Suriyanın Qərbli müttəfiqlər tərəfindən vurulması regional müharibəyə səbəb ola bilərmi?
Bəli
Xeyr
Bilmirəm
Bu məni maraqlandırmır

Sualların arxivi


   Rəy və təklifləriniz
Email:

   göndər


  Sual-Cavab rubrikası

Sual ver   Bütün suallar   Ümumi  Ramazan fitvaları  Şəriət və fiqh   Əqidə  İbadətlər 


Sual # 339 (İbadətlər)  

Mücir duasi, bədnəzər duası, ruzi duası və s. duaları oxumaq düzgündür?

Salam. Allah sizdən razı olsun. Dualar haqqında bilmək istərdim. Mücir duasi, bədnəzər duası, ruzi duası və s. Yenə bilmək istərdim ki, bu duaları oxumaq düzgündür? Anonim.


Dualarımızı qəbul edən Allaha həmd olsun. Allaha həmd edir , Ona inanır, Onu ən gözəl şəkildə öyürük. Nəfslərimizin şərrindən, işlərimizin pisliklərindən Ona sığınırıq. Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver.Dua ərəb sözüdür çağırmaq deməkdir. Biz də bütün işlərimizdə Rəbbimizi çağırırıq, O da duamızı qəbul edir.
Rəbbiniz buyurur:
"Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Ğafir 60).
Duaların ən faydalısı Allahdan razı olduğu əməlləri etməyə yardım istəməkdir. Verilənlərin ən fəzilətlisi də istənilənlər içərisindən Allahın seçib verdiyidir. Allah Ona dua edəni sevər.
Rasulullah (s.) buyurur: “Dua ibadətin beynidir.”
Dua vasitəsiz, bir başa Allahdan istəməkdir. Çünki Rəbbimizin vastəyə, aracılığa ehtiyacı yoxdur. Dua bəlanın qənimidir, onu dəf edər, müalicə edər. Dua insana bəla enməsinin qarşısını alar. Nazil olarsa ,onu aradan qaldırar, yaxud yüngülləşdirər. Dua möminin silahıdır.
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər” (əl-Bəqərə 186)
Allahdan başqasına dua etmək böyük günahdır.
“Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz! .
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir!” (Fatır 14-15)
Mücir duasına gəldikdə, ümumi dua qaydaları bu duaya da aiddir. Əgər bir başa Allahdan istənilirsə, və haram olmayan bir şeylər istənilirsə günahı yoxdur. Bütün bəlalar üçün Qur`anda və hədislərdə dualar var. Ayətül-kürsü, “İxlas”, “Fələq”, “Nəs” surələrini  axşam səhər oxuyanda nəzərin, cadunun qarşısını alır. Ruzi üçün hər axşam “Vaqiə” surəsini oxuyursan  Allah (c.c.) səni heç kimə möhtac etmir və s. Bu qədər .

Ekspertlər qrupu

9309 dəfə oxunub

Share |
 
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.