AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 20-04-2014
Sübh05:15
İşraq06:55
Zöhr13:40
Əsr17:26
Məğrib20:25
İşa21:58
 

Günün sualı
Sizcə, Suriyanın Qərbli müttəfiqlər tərəfindən vurulması regional müharibəyə səbəb ola bilərmi?
Bəli
Xeyr
Bilmirəm
Bu məni maraqlandırmır

Sualların arxivi


   Rəy və təklifləriniz
Email:

   göndər


  Sual-Cavab rubrikası

Sual ver   Bütün suallar   Ümumi  Ramazan fitvaları  Şəriət və fiqh   Əqidə  İbadətlər 


Sual # 391 (Şəriət və fiqh )  

Ana bətnindəki uşaq şikəst olarsa abort etmək olarmı?

Salam. Mən 359 nomrəli suala cavabinizi oxudum, ve bəzi şeylər məni maraqlandırır. Əlbətdə ki abort çox böyük günahdır. Amma Allah göstərməsin birdən hamiləlikdən muəyyən müddət sonra həkim aşkar etdi ki, doğulacaq uşaq (irağ olsun) şikest və ya iki cinsiyyətli və ya ayrılması mümkün olmayan siyami ekiz olacaq. Axı bu körpə dünyaya xəstə şikəst gəlsə bütün ömür boyu əziyyət çəkəcək. Valideyin də övladına baxıb ister-istemez aci çəkəcək, uşaq da başqalarına baxıb acı çəkəcək. Onda necə? Belə olduqda aborta icazə verilir?Bir də insan kesirivi yol ilə övladı dünyaya gətirəndə 4 il doğum olmamlıdır. Bu halda hamilə qalsa necə; abort etmək olar? Çünki 4 il doğuş olmaz. Cox sağ olun cavab və köməyiniz üçün. Anonim.


Bizi fərqli yaradan aləmlərin Rabbi Allaha həmd olsun.Abort haramdır. Biz bu barədə sizin də qeyd etdiyiniz kimi 356 nömrəli sualda ətraflı cavab vermişik. Uşağın xəstə, sağlam və ya şikəst  doğulması bu hokmü dəyişməz, yəni abort halal olmaz. Digər tərəfdən əgər həkimlər səhv edibsə və uşaq sağlamdırsa onda valideynlərin halı necə olacaq? Əslində yuxarıda bildirdiyimiz kimi uşağın xəstə və sağlam olmasından asılı olmayaraq abort haramdır. Sadəcə bu halda (həkimlərin səhv məlumat verməsi ucbatından sağlam uşağı düşürtməklə) valideynlər bu dünyada bu hərəkətlərindən dolayı ömürlərinin axırına qədər özlərini qınayacaqlar. Həqiqətdə isə abort doğma övladı öldürməkdir. Xəstə, şikəst və ya anormal övladı öldürmək olarmı?!
Bu uşağın günahı nədir?!
Xəstə olmasımı?!
I
nsanın xəstə yaradılması onun günahımıdır?!Bundan dolayı o öldürülməlidirmi?!  
İnnə lilləhi və innə ileyhi raciun! (Biz Allahınıq. Və Ona döndürüləcəyik). Bunu ancaq Allahdan qorxmayan kafirlər edə bilər. Bu faşistlərin əqidəsidir İslam əqidəsi deyil. 30-cu illərdə faşist Almaniyasında xüsusi əmrlə ruhi xəstələri, qocaları, əlilləri, zəyif inkişaf edənləri, anadan fiziki qüsurla doğulanları öldürürdülər. Güya bununla alman millətini “təmizləyib”, onu bütün dünyaya üstün və hegemon edəcəkdirlər. Bütün bunlar və bir çox çirkin vəhşiliklərə rəğmən onlar nəinki məqsədinə çata bilmədilər, hətta Allah onları başqa bir qullarının əlləri ilə rəzil etdi. Onların hazırladıqları bu “tədbirlər” isə onlara heç bir fayda vermədi.
Yenə bu gün küfür dünyasından gələn bəzi viruslu fikirlər yayılmağa başlayıb. Bu da yaşlı valideynləri qocalar evinə, pansionatlara, dəlixanalara və sair “istirahət və xidmət” yerlərinə göndərməkdir. Vaxtı ilə millətimizdə yaşlı valideynə baxmaq böyük bir “qəhrəmanlıq”, “məharət”, “gözəl övlad olma” göstəricisi deyil, həyat norması, adi qanunauyğun bir hərəkət sayılırdı. Bunu edən isə həyatın adi bir qaydasını yerinə yetirmiş olurdu. Əksinə valideynləri atmaq, onlara baxmamaq kimi hallar  sensasiyaya səbəb olurdu. Bunu edən isə cəmiyyət tərəfindən alçaq, nankor olaraq qiymətləndirilirdi. Amma bizim  müsəlman olmayan qonşularımızda valideyni atmaq, tərk etmək adi hal idi. Bizim millətlə təmasda olan, bizimlə iç-içə yaşayan, bizim mədəniyyətdən təsirlənib azərbaycanlılaşan qeyri müsəlman millətlər də bizim bu böyük mədəniyyətimizi mənimsəmişdilər. Hətta Azərbaycandan kənarda yaşayan öz qohum-əqrabalarından ciddi şəkildə fərqlənirdilər. Həqiqətən kim İslama girərsə izzət və şərəf tapar. Bu günləri bir çoxları yaşlı və aciz qalmış valideyinlərinə xidmət üçün pulla xidmətçi tuturlar. Burada məsələ yalnız vaxt məhdudiyyətinin olmasında  deyil. Məsələ ondadır ki, bu “incələşmiş”, “konfortlaşmış”, “aristokratlaşmış”, “şəhərləşmiş” insanlar valideynlərinə xidmət etməkdən İYRƏNİRLƏR. Yazıqlar! Kaş onlar biləydiki bu nə kimi şərəfdir, və Allah nəzdində nə qədər qiymətlidir. “*Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
*Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de.” (əl-İsra 23,24)

Valideynləri öləndə və onlara deyəndə ki, “keç irəli atanın cənazəsini yu!” deyir ki, “Mən ölüdən qorxuram, mən ölüyə toxuna bilmirəm, mən iyrənirəm.” Aman Allahım! Bəs sən körpə ikən onlar sənin nəcasətini təmizləyəndə, gecələr yuxusuna haram qatıb səni bəsləyəndə, özü yeməyib sənə yedirdəndə, sən rahat yatasan deyə səni çiynində daşıyanda heç qorxmurdu, heç iyrənmirdi. Allah səni islah etsin! Bu gün sən də körpə övladını bəsləyirsən. Sabah sən qocalıb, xəstələnib, aciz hala düşəndə həmin aqibət səni də gözləyir. Allah millətimizə rəhm etsin, onu küfür dünyasından olan virusların gətirdiyi əxlaqi, mənəvi xəstəliklərdən qorusun!     
Biz müsəlmanların əqidəsinə görə isə uşaqların anormal yaranmasında bir məsələ açıq və aydındır---bunu edən Allahdır. Ondan başqa yaradan höküm edən yoxdur. Ondan başqa boyun əyilməyə ibadətə layiq heç bir məbu yoxdur.
“Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir ilah yoxdur!” (Ali İmran 6)
Əgər Allah bu dünyada belə şeylər yaradırsa və bunu istər Allah düşmənləri kafrlərə, istər Öz sevimli qullarına verirsə demək ki, burada bizim bilmədiyimiz Onun bildiyi bir hikmət var. Buna qarşı çıxmaq Allaha üsyandır (Müalicə etməklə qarşı çıxmaq deyil, Allahın verdiyi elm nemətindən istifadədir). Allahın bu dünyada imtahan etmədiyi, sınağa çəkmədiyi kimsə qalmaz. Sevdiyi peyğəmbərinldən tutmuş düşməni fironlara qədər hər kəs sınağa çəkilir. Hər kəsə sınağdan bir pay düşür. Belə hallar Allahın lazım bildiyi bəndələrinə verdiyi bir sınağdan bir paydır.
Siz ürəy ağrısı ilə bu uşaqların dünyada başqa uşaqlardan əskik olduğu için onlara baxıb acı çəkməsini qeyd edirsiniz. Həqiqətədə ürəy ağrıdıcı bir səhnədir. Amma bunu Allahın verdiyi bir hikmət olduğunu xatırlamağımız gərəkir. Digər tərəfdən vaxt gələcək (qiyamət günü hesab verərkən) hər kəs bu adamlara baxıb həsəd aparacaq. Allah Özü verəcəyi hökmü hamıdan gözəl bilir.
Sizin ikinci sualınız (Kesir əməliyyatı yolu ilə uşaq dünyaya gətirmək) bu məsələlərdən tamam fərqlidir. Bu vəziyyətdə canlı bir insane olan ananın həyatı təhlükə altındadır. Ananın həyatını xilas etmək üçün aborta izin verildiyi üçün bu vəziyyətdə də ortada ölüm təhlükəsi olduğu üçün aborta izin verilir. Amma bu məsələdə tələsik addım atmaq olmaz. Ola bilsin ki, birinci əməliyyatdan sonra dörd il keçməsin, amma bu keçən müddət (1 mi, 2 mi, 3 mi il) ananın səhhətinin bərpası üçün kifayət olsun. Əgər ananın sağlamlığı doğuşa imkan verirsə, onda dörd il keçmədən də baş vermiş hamiləliyin qarşısını almaq olmaz. Bu halda da abort haramdır. Doğrusunu bilən Allahdır.    
Sualları saytımızın sual-cavab üzrə eksperti İlham Rüstəmov cavablandırır.

1753 dəfə oxunub

Share |
 
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.