Manşet Xəbərlər — 10 September 2014

Müsəlman məhkumların ən kiçik etirazı məmura müqavimət kimi dəyərləndiriləcək.

“Azerimuslims.com” Panoram.az-a istinadən bildirir ki, Rusiyada məhkumların ən xırda etirazının belə müqavimət kimi dəyərləndirilib əvəzində məmura silahdan istifadə etmək hüququnun verilməsini nəzərdə tutan qanun layihəsinin qəbulu gözlənilir.

Yeni layihəyə görə, Rusiyada şübhəli qismində saxlanılan şəxslərin polis məntəqələrində hər hansı etirazının məmura müqavimət kimi dəyərləndiriləcək. Ekspertlər müvafiq qanunda ediləcək dəyişikliklərin əsasən müsəlman məhkumların əleyhinə olacağını qeyd ediblər.

Belə ki, ən xırda etiraz məmurlar tərəfindən müqavimət kimi dəyərləndirilə və məhkuma qarşı fiziki güc tətbiq etməyə imkan verəcək. Habelə qanuna ediləcək dəyişikliklərdə məmurlara məhkumların etirazlarının qarşısını almaq üçün silahdan istifadəyə imkan verilməsinin də nəzərdə tutulduğu bildirilib.

Rusiyanın insan haqları müdafiəçiləri sözügedən qanuna dəyişikliyin xüsusilə həbsxanalarda müsəlman məhbusların sayının artması ilə bağlı olduğunu ifadə edirlər. Qanuna düzəlişlərin qəbul ediləcəyi təqdirdə məhbus müsəlmanların gecə vaxtı namaz qılmaq istəmələri hüquq-mühafizə orqanı işçisinə qarşı müqavimət kimi dəyərləndirilə biləcək.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.