Manşet Türkiyə Xəbərlər — 20 August 2014

Türkiyə prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) yeni sədrinin Əhməd Davudoğlu olacağını deyib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti bunu Çankaya köşkündə işadamları, incəsənət xadimləri, yazıçılar, jurnalistlər və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə qəbulda bildirib. Qəbuldan sonra jurnalistlərin suallarını cavablandıran Gül prezidentliyi müddətində milləti şərəflə təmsil etdiyini deyib. Prezident jurnalistlərin hakim partiyaya kimin yeni sədr təyin olunacağı ilə bağlı sualına cavabında bunun Əhməd Davudoğlu olacağını vurğulayıb. “Partiyanın konqresi mənim prezident olduğum, prezidentlik səlahiyyətlərini təhvil verməyimdən bir gün qabaq keçiriləcək. Göründüyü kimi, partiyaya sədrliyi dostumuz, Xarici İşlər naziri Əhməd bəy Davudoğlu edəcək. Onu siyasətə və dövlət həyatına mən gətirmişəm”, – deyə prezident Gül qeyd edib. Məlumat üçün deyək ki, Türkiyənin hakim partiyasının yeni sədri həm də ölkənin yeni Baş naziri vəzifəsini tutacaq.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.